AMEA Naxçıvan Bölməsində görkəmli tarixçi alim, AR Milli Məclisinin deputatı, AMEA Naxçıvan bölməsinin sədri, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyevin anadan olmasının 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
SİA-nın xəbərinə görə, əvvəlcə İ.Hacıyev Azərbaycan elmin inkişafında göstərdiyi xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunub.
Tanınmış alimlərin və KİV nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli Azərbaycan elminin görkəmli simalarından olan akademik İsmayıl Hacıyevin elmi və elmi-təşkilati fəaliyyəti haqda ətraflı məlumat verib. O, İ.Hacıyevin öz qiymətli əsərləri ilə Azərbaycan tarix elminin inkişafına layiqli töhfələr verdiyini söyləyib.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, etnoqrafiya və arxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərli, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli, Naxçıvan Dövlət Universitetinin "Azərbaycan tarixi" kafedrasının müdiri, dosent Zəhmət Şahverdiyev, YAP Naxçıvan şəhər təşkilatının sədri, dosent Elman Cəfərli, Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Fəxrəddin Cəfərov, AMEA Naxçıvan Bölməsi Tarix, etnoqrafiya və arxeologiya İnstitutunun şöbə müdiri Məmməd Məmmədov və başqaları çıxış edərək görkəmli alimin xidmətləri, onun elmi kadrların yetişdirilməsindəki əməyindən söz açmış, yubilyarı təbrik ediblər.
Tədbirdə İ.Hacıyevin əsərlərindən ibarət sərgi nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB