Ermənilər parlamentlərində transgender Lilit Mrtirosyanın çıxışına qarşı Nikol Paşinyan hökumətinə etiraz edirlər. Bir nəfər Ermənistan vətəndaşı isə, jurnalistə müsahibəsi zamanı ölkə parlamentində transgenderin çıxışına etiraz olaraq, əlindəki çantasından bıçaq çıxararıb, bütün homoseksualları utilizə etməyə, yəni öldürməyə hazır olduğunu bildirib. SİA xəbər verir ki, bu barədə aysor.am saytının videoxəbər bölməsində informasiya yayılıb. Homoseksualları bıçaq ilə hədələyən erməni, buna səbəb kimi, “dəyərləri” qorumaq istədiyini bildirib.
Qeyd olunur ki, artıq polis həmin şəxsin axtarışına çıxıb.
Videonun linkinə buradan tıklamaqla yanaşı, bıçaqlı hədə görüntüsünü 6-cı dəqiqə, 8-ci saniyəsindən izləyə bilərsiniz.
https://www.aysor.am/ru/news/2019/04/10/%D0%92-%D0%BF%D0%BE%D0%BB%D0%B8%D1%86%D0%B8%D0%B8/1549767
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB