Sudanda təhlükəsizlik xidməti ilə etirazçılar arasında baş verən toqquşma nəticəsində 14 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, toqquşma aprelin 6-dan ölkənin silahlı qüvvələrinin qərargahında başlayan oturaq etirazın dağıdılması nəticəsində baş verib.
Beləliklə aksiya başlanandan bu günədək ölənlərin sayı 22 nəfərə çatıb. Onların arasında hərbçilər də olub. Etiraz nəticəsində 153 nəfərin yaralandığı açıqlanıb.
Xatırladaq ki, 2018-ci ilin dekabr ayından Sudanda çörəyin qiymətinin artması ilə əlaqədar etiraz aksiyaları keçirilir. Tətillərdə həkimlər, müəllimlər və vəkillər iştirak edir. İqtisadi tələblər tez bir zamanda siyasi məsələlərlə əvəzlənib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB