İlham Quliyev: “Rəhim Qazıyev başqa bir təşkilatın üzvi ilə söyüş dilində danışmışdır” RƏY-ÖZƏL
“"Azərbaycan Xalq Hərəkatı" adlanan təşkilatın daxilində baş verənlər qarşıdurma, dava-dalaş sözün həqiqi mənasında gülüş doğurur və bir qədər də ikrah yaradır”. Bunu SİA-ya açıqlamasında “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib. Onun sözlərinə görə, bununla bağlı bildiyiniz kimi mediada videoda yayılmışdır: “Onların idarə heyətinin son iclasında etikadan kənar hörmətsizlik yaşanmışdır, İsgəndər Həmidov Tural Abbaslını döyməyə cəhd etmişdir. Bun ardınca, Qurban Məmmədovun “AXH” daxilində parçalanmaların yaradılması yolları ilə bağlı lent yazısı yayılmışdır. Ümumiyyətlə, bu təşkilatın nəyə görə yarandığı, hansı məqsədlərə xidmət etdiyi ümumiyyətlə, ölkə üçün nələr düşündüyü sirr olaraq qalır. Yəni vaxtı ilə "Azərbaycan Xalq Hərəkatı"da təmsil olunmuş çox uğursuz adamlar indi orda birləşiblər. Amma bunların hərəkətləri, hər addımları, bir-birləri ilə münasibətləri hələdə ötən əsrin 88-ci illərin meydan təfəkküründə qaldığını göstərir. Son iclasda Tural Abbaslı ilə İsgəndər Həmidov arasında çox xoşagəlməz anlar yaşanmışdır. Rəhim Qazıyevin özü başqa bir təşkilatın üzvi ilə söyüş dilində danışmışdır. İndidə Q.Məmmədovun lent yazısı meydana çıxıb. Normal siyasi mübarizə meydanında özünə hörmət edən siyasətçi bu cür faktların üzə çıxmasından sonra təşkilatdan istefa verər. Amma bunlar kötük kimi oturduqları yerdən durmaq istəmirlər. Çünki, onlar siyasətə gəlir mənbəyi kimi baxırlar. Ancaq birmənalı şəkildə demək olar ki, “AXH”də baş verənlər hesab edirəm ki, bu təşkilatın heç bir prespektivi olmadığını göstərir”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB