Əli Orucov: “Müxalifət də, elə şəxslər var ki, onlar qarşıdurmaya, təfriqəçiliyə meyllidir” RƏY-ÖZƏL
“Çox təəssüflər olsun ki, vəziyyətdən çıxmaq üçün “AXH” təmsilçiləri belə bir səs yazısının olduğunu təkzib etdilər”. Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib. Onun sözlərinə görə, bunla belə hərəkat daxilində də, qarşıdurmaların olmasını təəssüflə izlədik: “Lakin mən bilən artıq razılığa gəlinib və iclaslar birlikdə keçiriləcək. Müxalifətlərin bir-birini sıradan çıxarmağa çalışmasına gəlincə isə, rəqabət normaldır. Lakin bəzən bu rəqabət çərçivəsindən çıxaraq qəbul olunmaz hallara gətirib çıxarır. Onu da demək lazımdır ki, müxalifət daxilində heç də hamı normal münasibətləri gözləmir. Elə şəxslər var ki, onlar qarşıdurmaya, təfriqəçiliyə meyllidir və belə insanlar da müxalifət daxili gərginliyin yaranmasına rəvac verirlər. Mən münasibətlərin sivil və normal qaydada tənzimlənməsinin tərəfdarıyam, baxmayaraq ki, buna ümidlər çox azdır”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB