Respondentlərin 73,9 faizi Prezidentin xarici siyasət kursunu “əla” qiymətləndirib

Respondentlərin 73,9 faizi Prezidentin xarici siyasət kursunu “əla” qiymətləndirib

Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri də əhalinin müsbət mövqeyini ifadə edib. Göründüyü kimi sorğuda iştirak edənlərin 89,9 faizi bu sualı müsbət cavablandırıb. Rəyi soruşulanların 73,9 faizi bu suala “əla”, 16,0 faizi “kafi” cavabı verib.

Ekspertlər hesab edirlər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və məqsədyönlülüyü ilə xarakterizə olunub, daim milli maraqlara söykənib və məhz bunun nəticəsində də keçən müddətdə Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, eyni zamanda bir çox əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Azərbaycan dünya miqyasında özünün etibarlı tərəfdaş imicini möhkəmləndirir və hazırda ölkənin müttəfiqləri və tərəfdaşlarının sayı günbəgün artır. Ekspertlər ölkənin beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyasını yüksək qiymətləndirir və təqdir olunan model kimi səciyyələndirirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə