“Opinion Way” şirkəti tərəfindən aparılan sorğuda, “İlham Əliyevin qəbul etdiyi “Regionların sosial-iqtisadi inkişaf proqramı” və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində sizcə regionlar inkişaf edibmi” sualına respondentlərin 93,1 faizi “hə” cavabı verib, 72,3 faizi hökumətin bu istiqamətdəki fəaliyyətini tam müsbət, 20,8 faizi “əsasən müsbət” kimi dəyərləndirib.
Belə yüksək nəticə əsasən onunla izah edilə bilər ki, keçən il regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı uğurla başa çatıb və beşillik proqram artıqlaması ilə yerinə yetirilib. Bölgələrin infrastrukturları üç proqramın icrası nəticəsində müasir standartlara uyğun yenidən qurulub, minlərlə istehsal müəssisəsi, iki milyondan artıq yeni iş yeri açılıb, həmçinin ayrı-ayrı sahələrin, o cümlədən qeyri-neft sektorunun əsaslı inkişafına nail olunub. Bu il artıq regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib və icrasına başlanıb.
Regionların inkişafına Prezident İlham Əliyevin xüsusi diqqət göstərməsi də vətəndaşların böyük rəğbətini qazanıb. Sorğuda ölkə Prezidentinin bölgələrə çoxsaylı səfərlərinin faydalılıq əmsalı respondentlərin 90,4 faizi tərəfindən müsbət dəyərləndirilib, 48,9 faiz bu səfərləri “çox yüksək”, 27,5 faiz “əsasən yüksək”, 14 faiz isə “qismən yüksək” kimi qiymətləndirib.
Prezident İlham Əliyev 16 illik prezidentliyi dövründə regionların sosial-iqtisadi inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxladığı günün reallığıdır. Ölkə başçısı təkcə keçən il Azərbaycanın bölgələrinə 24 səfər edib və vətəndaşlarla birbaşa ünsiyyətdə olub. Prezident İlham Əliyev rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı çoxsaylı sərəncamlar imzalayıb. Təbii ki, bu sorğunun göstəricilərini şərtləndirən əsas amillər dövlət başçısının yerlərdə əhali ilə görüşləri, problemlərlə şəxsən tanış olması, onların qısa zamanda aradan qaldırılması və digər məsələlərin həll edilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB