Sabir Rüstəmxanlı: “Milli Məclisdə Azərbaycan dili komissiyası yaradılmalıdır”
"Milli Məclisdə Azərbaycan dili komissiyası yaradılmalıdır". SİA-nın verdiyi xəbərə görə, bu barədə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Azərbaycan dilinin vəziyyəti ilə bağlı keçirilən tədbirdə deyib. Parlamentdə Azərbaycan dili komissiyasının yaradılması təklifi ilə çıxış etdiyini deyən millət vəkilinin sözlərinə görə, qəbul olunan qanunların dili bəzən elə vəziyyətdə olur ki, hətta Azərbaycan dili üzrə mütəxəssislər bəzən orada qeyd olunan fikri ərz edə bilmirlər. O söyləyib ki, bu, dilin qarşılaşdığı ciddi problemlərdən biridir:
"Hesab edirəm ki, qanun müvafiq komitədə hazırlandıqdan sonra Azərbaycan dilinin qanunları ilə süzgəcdən keçməsi üçün dil komissiyasında oxunmalı və düzəlişlər aparılmalıdır. Lakin təəssüf olsun ki, bu istiqamətdə Milli Məclis tərəfindən heç bir addım atılmır. Buna da səbəb cəmiyyət tərəfindən müqavimətin olmamasıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB