Ermənini it yalağından yalaqlanan "siyasi mühacirlər"

Ermənini it yalağından yalaqlanan "siyasi mühacirlər"

Araz Əlizadə: "Siyasi mühacirlər"in ataları da, anaları da, arvadları da, uşaqları da puldur"

Uzun müddətdir ki, özlərini Avropada gah "siyasi mühacirlər", gah da "mübariz insanlar" kimi təqdim edən milli xainlər, hələ də erməni lobbisinin xidmətində dayanaraq, canfəşanlıqla nökərçiliklərini davam etdirirlər. Digər tərəfdən, bu gün AXCP sədri, satqın Əli Kərimli, "Milli Şura"nın rəhbəri Cəmil Həsənli, qondarma "hüquq müdafiəçiləri" Leyla Yunus, Xədicə İsmayıl və bu kimi erməni üfunəti verən parazitlərdən, onları sosial şəbəkələrdə "qəhrəman" edərək, özlərindən lap əndrəbadi ifadələr düzüb-qoşan xain əxlaqsızlardan başqa şey gözləmək olmaz. Çünki onlar...
Azərbaycanın uğurlu inkişafından qıcıqlanan erməni lobbisinin maliyyələşdirdiyi bu əxlaqsız və satqınlar - Emin Milli, Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digərləri həyasızcasına çirkin əməllərindən hələ də əl çəkmirlər. Ancaq bu real faktordur ki, gec-tez haqqı tapdalayanların aqibəti ermənilərə qahmar çıxan O.Teymurxan, V.İskəndərli, R.Piriyev... kimi erməni dığalarının köpəkləri törətdiyi cinayət əməllərinə görə cəzalarını çəkməlidirlər və çəkəcəklər də. Çünki Avropa ölkələrinə sığınan və son vaxtlaradək trivial videobloqerliklə, bir də məzmunsuz və proqramsız "müxalifətçi"liklə məşğul olan kif atmış bu təfəkkürlü "siyasi mühacirlər" "bütün dünyada aksiyalara başlayacağıq" söyləyirlər. Bax, budur bədbəxtçilik, əxlaqsızlıq, mənəviyyatsızlıq və tərbiyəsizlik. Çünki heç bir halda, sabah hansı addımları atacaqları barədə məlumatları belə yoxdur. Çünki bu əxlaqsız və tərbiyəsizlər idarə olunanlardır. Bu bədbəxtlər anlamırlar ki, aqressiv, emosional, şər, böhtan atmaqla bu günə kimi heə nəyə nail ola bilməyiblər və o xəyalların üstünü də artıq çoxdan toz basıb. Bir də haqq nazilər, amma üzülməz. Əgər bu gün dünya ictimaiyyətinin ermənilərin törətdikləri Xocalı soyqırımını pislədiyi indiki bir vaxtda O.Teymurxan kimi erməni "qulbeçəsinin" Avropada ermənilərə dəstək olması bir daha göstərir ki, onların Azərbaycan hakimiyyətinə qarşı apardığı riyakar mübarizədə milli mənafeyə xidmət edən heç nə yoxdur. Diqqət edin: ermənilərin işğal etdikləri ərazilərimizdəki tarixi abidələrimizi, azərbaycanlıların uyuduqları qəbiristanlıqları dağıtmalarını bütün dünya, hətta UNESCO və İSESCO kimi mötəbər beynəlxalq təşkilatlar pislədiyi və bunu vandalizm adlandırdığı halda, bu erməni xislətli əxlaqsızlavr iddia edirlər ki, ermənilər bizim qəbirstanlıqlarımızı dağıtmayıblar. Çünki bu erməni puluna satılanlarda qeyrət və ləyaqət axtarıb tapmaq qətiyyən mümkün deyil.
ASDP sədri, millət vəkili Araz Əlizadə "siyasi mühacirlər" bildirib ki, ortaya qoymadıqları nə qalıb ki, təhqir də etməyəsən: "Əminliklə deyə bilərəm ki, sosial şəbəkələrdə təhqiramiz ifadələrlə çıxış edən Vidadi İsgəndərli, Qurban Məmmədov, Orduxan Teymurxan, Aslan İsmayılov və bu kimi əxlaqsızlar ortaya qoymadıqları elə bir şey qalmayıb ki, təhqir də etməyəsən. Görünür, bu alçaqlara laşlar az verildiyi üçün mənəviyyatsız və əxlaqsız mövqelərini ortaya qoyublar. Soruşa bilərsiniz ki, "laş" nədir? İtə verilən sıyığa, yala laş deyilər: "Vidadi İsgəndərli elə bilirdi ki, ömrü boyu prokurorluqda işləyib rüşvət alacaq, A.İsmayılov da elə eyni şeyi düşünürdü. Q.Məmmədov da elə bilirdi ki, böyük xidmətləri olub, ona yağlı əppək verəcəklər. Yəni bunların hamısı pul davası aparırlar. Bir sözlə, bunları nə Azərbaycan xalqı, nə öz valideynləri, nə də ki, azərbaycanlı uşaqların gələcəyi kimi məsələlər maraqlandırmır. "Siyasi mühacirlər"in ataları da, anaları da, arvadları da, uşağı da puldur. Bunlar pula görə hər şeyi satarlar. Əslində, onları ermənilərlə eyniləşdirmək erməniləri təhqir etmək deməkdir. Çünki onlar ermənidən də pisdirlər. Hər biri dişi çıxarılmış ilandır, dişləyə bilməsələr də, hürmək qabiliyyətinə malikdirlər. Özünü "hüquqşünas" kimi təqdim etməyə çalışan A.İsmayılov çox hiyləgər insandır, əgər ona insan demək mümkünsə. O istəyir ki, onu həbs eləsinlər, bir az yatsın, azadlığa çıxsın və sonra da ona xaricdən desinlər ki, "molodes, sobaka" və sığınacaq versinlər, o da rədd olub getsin".
Erməni itinin yalağında yalaqlananlar bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə