“Mənim addımım” fraksiyasının deputatı Marina Karapetyan ittihamla çıxış edib. SİA Ermənistana məxsus aysor.am saytının məlumatına istinadən xəbər verir ki, M.Karapetyan parlamentdə çıxışı zamanı “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zoqrabyanın yalan danışmaqda ittiham edib.
Xatırladaq ki, Marina Karapetyan ilə Nairə Zohrabyan arasında konflikt 5 aprel tarixində, Milli Məclisin tribunasından Lilit Martirosyanın insan haqları mövzusunda çıxışından sonra yaranıb. Yayılan informasiyalar görə, L.Martirosyan parlamentə “Mənim addımım” fraksiyasının deputatı Marina Karapetyanın dəvəti ilə gəlmişdi və Naira Zohrabyan onun çıxışını parlament dinləmələrinin gündəminin pozulması və ümumilikdə Ermənistanın Milli məclisinə hörmətsizlik hesab edir.
“Mən öyrəndim ki, parlamentin dəhlizində Nairə Zohrabyan parlamentin dinləmələrində “gizli şəkildə planlaşdırılan çıxışlar” mövzusunda mənim adımı hallandırıb. Mən isə heç kimin çıxışını təşkil etməmişəm. Əslində, Naira Zoqrabyanın yalanları bununla bitmir. Xanım Zoqrabyan, komissiya məhkəmə gündəliyi üçün aydın məsələlər qoyub dedikdə də yalan danışır. Daimi kamissiyanın 11 mart tarixli, insan hüquqlarının müdafiəsi və ictimai məsələlər barəsində iclasında hündəlik təsdiq olundu, hansı ki, heç bir mövzu yox idi. Gündəliyin mövzusu Milli Məclisin saytında elan olundu, amma dinləmələrə bir neçə gün qalmış gündəlik saytdan silinib yığışdırıldı. Dinləmələrə iki gün qalmış kamissiyanın üzvlərinə yeni gündəlik göndərildi, hansı ki, mövzular kamissya üzvləri tərəfindən təsdiqlənməmişdi.”
O, həmçinin xəbər verir ki, yeni gündəliyin içtimai təşkilatlara göndərilməsini üçün daimi kamissyanın sekretarlığına da müraciət edib. Amma bu müraciətə baxan, əməl edən olmayıb.
“Xanım Zohrabyan, qeyri-hökumət təşkilatlarının yalnız çıxışları gündəyə aid olduğu halda qeydiyyatdan keçməyə çağırılır, dedikdə yalan deyir. Bu yalandır, çünki qeyd etdiyim kimi, qeydiyyat zamanı, mövzular sadəcə yox idi. İctimai qurumların nümayəndələri ilk dəfə bu gündəliyi yalnız məclisin yığıncaq salonunda gördülər. Mən parlamentdə keçirilən dinləmələrdə yalnız öz çıxışımı planlaşdırmışdım. Xanım Zöhrabyandan mənə yekun söz verməsini xahiş etdim, amma o, böhranlı vəziyyətlərlə bacara bilmədiyindən və özünü itirdiyindən mənə söz vermədi”, - Karapetyan qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB