Tsarukyan da Paşinyanı hədəfə götürdü ermənilər yenə köçür

Tsarukyan da Paşinyanı hədəfə götürdü ermənilər yenə köçür

Qagiq Trasurkayn: "İnsan heç olmasa kreditlərini bağlamaq üçün imkan tapmalıdır ki, küçədə qalmasın”

Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının rəhbəri Qagik Tsarukyan Nikol Paşinyanın komandasından narazılığını ifadə edib. SİA lragir.am-a istinadən xəbər verir ki, erməni deputatının sözlərinə görə, seçkilər baş tutsa da, insanlar inqilab zamanı verilən öhdəliklərin yerinə yetirilməsini gözləyirlər.

“İnsanlar vəd edilmiş yaxşı həyatı, dəyişiklikləri gözləyirlər”, deyən Tsarukyan erməni xalqının kreditlər içində batdığını bildirib: “İnsan heç olmasa kreditlərini bağlamaq üçün imkan tapmalıdır ki, küçədə qalmasın”.

Erməni deputatı onu da qeyd edib ki, ölkədən miqrasiya etmiş insanların da geri dönməsi üçün nə isə edilməlidir: “Onları təkcə geriyə çağırmaqla iş bitmir. Onların geri qayıtmalarına sərmayə qoymaq lazımdır ki, nəticədə inkişaf əldə edilsin. Evlər tikmək lazımdır ki, insanları geriyə dönmələri üçün yerləri olsun. Özü də bunu tez etmək lazımdır, çünki insanlar yenidən köçməyə başlayıblar”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə