“Belə olan halda necə hücum edə və zərbə endirə bilərik?” TER-TADEVOSYAN
“Mən müdafiə nazirinin bəyanatını anlaya bilmirəm”. SİA tert.am-a istinadən xəbər verir ki, bu sözləri erməni general-mayoru Arkadi Ter-Tadevosyan deyib.
Erməni generalı müdafiə naziri Tonoyanın “yeni ərazilər uğrunda yeni müharibə” nəticəsində Ermənistanın hücum mövqelərinə keçəcəyi bəyanatını nəzərdə tutaraq bildirib ki, bir neçə il öncə onun özü də, erməni ordusunun hücuma keçmək hüququnun olduğu barədə fikirlər səsləndirib: “Bir neçə il qabaq mən daim deyirdim ki, bizdə hücum etmək hüququ var, lakin indi zaman elədir ki, biz düşmənin gücünü bilməliyik. Vəziyyət həm də belədir ki, biz hazırda müdafiə mövqeyində dayanmışıq, ancaq mən anlaya bilmirəm, belə olan halda necə hücum edərək, zərbə endirə bilərik?”.
İşğalçı ölkənin zabiti Azərbaycanın neft ölkəsi olduğunu xatırladaraq iddia edib ki, erməni ordusu əllərində olan köhnə “İsgəndər” raketləri ilə guya neft buruqlarını vura bilərlər. Lakin Arkadi Ter-Tadevosyan bu sözlərinə özünün də inanmadığını dolayısı ilə nümayiş etdirib “Biz yalnız ordumuz və resurslarımızla hücum edə bilmərik. Burada diplomatiya da işləməlidir”, deyə erməni general-mayoru özü-özünü və Ermənistanın xarici siyasətini ifşa edib. Belə ki, onun sözlərinə görə, erməni diplomatiyası yararsız haldadır: “Bizim diplomatiya zəifdir, ordu ilə diplomatiya arasında əlaqə yoxdur”.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB