Ötən il RİTN dövlət büdcəsinə 38.5 milyon manat vəsait köçürüb

Ötən il RİTN dövlət büdcəsinə 38.5 milyon manat vəsait köçürüb
Ötən il Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) strukturuna daxil olan birlik və müəssisələr üzrə 280,1 milyon manat əvəzinə 285,9 milyon manat gəlir əldə edilib. SİA-nın xəbərinə görə, bu, 2009-cu illə müqayisədə 13,9 milyon manat çoxdur.

Bundan əlavə əhaliyə göstərilən rabitə xidmətlərinin məbləği 2009-cu illə müqayisədə 10,1 faiz artaraq 108 milyon manata çatıb. RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 2010-cu ildə dövlət büdcəsinə 38,5 milyon manat, Dövlət Sosial Müdafiə Fondunun hesabına isə 13,9 milyon manat vəsait köçürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə