Ermənistanın AŞPA-kı nümayəndəsi qurumda 20 Yanvar faciəsi ilə bağlı sənəd yayıb
Ermənistanın hakim koalisiyasındakı "Çiçəklənən Ermənistan" partiyasından olan deputat, Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Naira Zoqrabyan Strasburqda 20 Yanvar faciəsi ilə bağlı erməni xülyasının məhsulu, müasir tarixin ən saxta sənədini yayıb. SİA-nın verdiyi xəbərə görə, sənəddə yazılıb ki, guya Azərbaycanda yaşayan ermənilər xarici diplomatların zorla Bakıdakı Şəhidlər xiyabanına aparılmasına etiraz ediblər.
Utanmaz erməni deputatı sənədi AŞPA-dakı hər bir nümayəndə heyətinə ayrı-ayrılıqda təqdim edib. Sənəddə eyni zamanda bildirilir ki, Şəhidlər Xiyabanında dəfn olunanlar 1990-cı ildə Bakıda erməniləri öldürüb, Sovet ordusuna qarşı silaşlı müqavimət göstərnlərdir "Vaxtilə bu dövlətlərin rəhbərləri Bakıdakı hadisələri pisləyib. Amma bu gün həmin dövlətlərin rəsmi nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edir".
Erməni millət vəkilinə xatırlatmaq yerinə düşər ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB