“Günəşli” yatağında 2 quyu istismara verilib

“Günəşli” yatağında 2 quyu istismara verilib
"Günəşli" yatağı ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rol oynayır. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, bu günlərdə "Günəşli" yatağındakı 14-cü özüldən 266 və 15-ci özüldən 235 nömrəli quyular əsaslı təmirdən sonra istismara daxil ediliblər. Hazırda 266 nömrəli quyudan sutkada təxminən 60 ton, 235 nömrəli quyudan isə 50 ton neft hasil olunur. Təmir işləri "28 May" NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexi tərəfindən həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə