Ermənistan XİN: “Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər”
Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın Moskvadakı üçtərəfli görüşün yekunları barəsində Ermənistan XİN-i məlumat yayıb. SİA-nın verdiyi xəbərə görə, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər.
Qeyd edək ki, nazirlərin görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri: İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədri Anjey Kasprşikin bölgəyə səfəri gözlənilir.
Xatırladaq ki, görüş Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təşşəbbüsü ilə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB