"Ermənilər niyə Kiyevi seçiblər?” ÖZƏL-MÖVQE

"Ermənilər niyə Kiyevi seçiblər?” ÖZƏL-MÖVQE

“Aprel savaşı ermənilərin belini necə bükübsə öldürülən hərbçilərinin “xatirəsini” yalnız Ermənistanda yad etməyiblər. Aprelin 5-də Kiyevdə Ermənistanın bu ölkədəki yeni səfiri Tiqran Seyranyan və ermənilərin Ukraynadakı müxtəlif diaspora komitələrinin rəhbərləri açıq havada “anım” tədbiri keçiriblər. Rusiyada və ya Gürcüstanda ermənilərin oxşar tədbir keçirməsi barədə məlumatım yoxdur. Ermənilər niyə Kiyevi seçiblər?”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Kiyev meriyasının belə bir tədbirə icazə verməsinin özü sual doğurur: “Sən özün separatçılara qarşı savaşırsan, hər yerdə deyirsən ki, “ərazimi işğal ediblər”, ancaq oxşar separatçıların anım mərasiminə paytaxtda icazə verirsən. Azərbaycanın Ukraynadakı səfirliyinin Ukrayna XİN-ə müraciət etməsi yerində olar.

Ukraynadakı erməni diasporu güclüdür. Bir mərkəzdən idarə olunur. Təəssüf ki, eyni sözləri Ukraynada azərbaycanlıların təşkilatları haqqında söyləmək mümkün deyil. Ukraynada ermənilərlə azərbaycanlıların sayı təxminən eynidir. Ancaq ermənilər hər yerdə olduğu kimi Ukraynada da siyasi baxımdan fəaldırlar, Arsen Avakov kimi güclü nazirləri var. Əslində biz də yalnız Azərbaycanda deyil müxtəlif ölkələrin məscidlərində aprel şəhidlərimizin ruhuna dualar oxutdura bilərdik. Cümə namazına qatılan dünya müsəlmanları bilərdilər ki, işğalçı kimdir, işğala məruz qalan kim”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə