YAP GB və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında Memorandum imzalanıb -VİDEO -FOTOLAR

YAP GB və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında Memorandum imzalanıb -VİDEO -FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. SİA-nın verdiyi məlumata görə, bununla əlaqədar keçirilən tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək bildirib ki, Azərbaycanda uğurlu sosial siyasət həyata keçirilir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasətində vətəndaşların sosial rifahı faktoru mühüm yer tutur. “Yeni Azərbaycan Partiyasının fəaliyyətində də sosial məsələlər daim diqqət mərkəzindədir. Partiyanın Gənclər Birliyi olaraq biz də sosial yönümlü layihələr həyata keçiririk. Bu baxımdan, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi ilə əməkdaşlıq haqqında memorandum imzalanması əhəmiyyətlidir”-deyə, S.Orucov vurğulayıb.

YAP Gənclər Birliyinin sədri deyib ki, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi fəaliyyəti genişdir və bu mərkəzin regionlarda filialları fəaliyyət göstərir. S.Orucov gələcəkdə YAP Gənclər Birliyi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə sosial layihələr keçirəcəyini diqqətə çatdırıb.

Çıxış edən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib.

Onun sözlərinə görə, “Loqos” fəaliyyət göstərdiyi müddət ərzində bir çox uğurlara imza atıb. Mərkəzdə 300 nəfərin çalışdığını deyən T.Məmmədova “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzində YAP ərazi ilk partiya təşkilatının da fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Əməkdaşlıq haqqında memorandumun əhəmiyyətindən danışan T.Məmmədova YAP Gənclər Birliyi ilə birgə sosial layihələrin həyata keçirilməsinə maraqlı olduqlarını deyib.

Sonra YAP Gənclər Birliyinin sədri Seymur Orucov və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova əməkdaşlıq haqqında Memorandum imzalayıblar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə