"Torpaqlarımızın işğaldan azad olunacağı gün uzaqda deyil" Arzu Rəhimov
"Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin güclü iqtisadiyyata, sabit bir dövlətə çevrilib". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general- leytenant Arzu Rəhimov Vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsini həsr olunan tədbirdə çıxış edərkən deyib.
Bu gün Respublikamızda şəhid ailələri, müharibə əlillərinə, veteranların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü deyən Xidmət rəisi söyləyib ki, Aprel zəfəri Azərbaycan ordusunun qələbəsi kimi tarixə düşdü: "Dünya tarixində güclü orduların zəfərləri çox olub. Lakin aprel zəfəri Ermənistanın təcavüzkar siyasətinin iflasa uğratd. Həmin dövrdən artıq 3 il ötür. Aprel zəfəri ordumuzun, silahlı qüvvələrimizin gücünü, vətən uğrunda hər an fədakarlığa hazırlığını göstərmiş oldu".
A.Rəhimovun sözlərinə görə, aprel döyüşləri göstərdi ki,Azərbaycan 90-ci illərin əvvəllərində olan Azərbaycan deyil: Hər bir uğur, zəfər müəyyən itkilərlə nəticələnir. Lakin bu itkilər gələcək qələbələrə yol açdı. Aprel döyüşlərində qələbələr düşmən üzərində zəfərin başlanğıcı oldu. Bundan sonra Naxçıvanda Günnüt zəfəri bu qələbənin davamı oldu. Bu qələbələrin davamı qarşıdadır. Azərbaycan ordusu işğal altında olan torpaqlarını hər yolla azad etməyə qadir olduğunu göstərdi. Yürüdülən siyasət nəticəsində bütün dünya həqiqətləri öyrənir. Ardıcıl, məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunacağı gün uzaqda deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB