Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın apelyasiya şikayətinə aprelin 4-də baxılacaq. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Köçəryanın vəkili Ayk Alumyan deyib ki, şikayət ərizəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsi əksini tapır. Apelyasiya şikayətinə hakim Ruzanna Barseqyanın sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, birinci məhkəmə instansiyasının hakimi Armen Bektaşyan eks-prezident haqqında həbs qərarı çıxarıb. R.Köçəryan konstitusiya quruluşunu dəyişməyə cəhddə və külli miqdarda rüşvət almaqda ittiham olunur. Müvafiq qurumlar keçmiş prezidentin işi ilə bağlı keçmiş baş qərargah rəisi Yuriy Xaçaturov, sabiq müdafiə naziri Seyran Ohanyan və baş nazir müavini Armen Gevorkyanı da istintaqa cəlb ediblər.
R.Köçəryanın aprelyasiya məhkəməsi ilə bağlı məlumatın Rusiya prezidenti V.Putinlə baş nazir N.Paşinyanla telefonla danışdığı gün yayılması da diqqət çəkir. Qeyd edək ki, Putin Köçəryanla dost olduğunu bildirib və hətta keçən il ona təbrik yollayıb. Bu mənada mümkündür ki, Putinin təzyiqlərinə dözə bilməyən Paşinyan nəhayət, rəqibinin zaminə buraxılmasına məcbur olsun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB