Ukraynadakı seçkilər azad şəkildə keçirilib və ATƏT-in tələb etdiyi standartlara cavab verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ATƏT-in Parlament Assambleyasının fəxri prezidenti İlkka Kanerva beynəlxalq müşahidəçilərin gəldikləri nəticələrə əsaslanaraq deyib.
“Seçkilər beynəlxalq standartlara cavab verib və azad şəkildə keçirilib”, deyə ATƏT rəsmisi bildirib.
Almaniya Federativ Respublikasının ATƏT-in Parlament Assambleyasındakı təmsilçisi Dooris Barnett isə qeyd edib ki, Ukraynada keçirilən prezident seçkilərində iştirak etmiş bütün namizədlər səsvermənin birinci turunun nəticələrini tanımalıdırlar. “Bütün iştirakçıların birinci turun nəticələrini tanımaları mühümdür”, deyə billdirən Almaniyalı müşahidəçi ikinci turun da sülh şəraitində və eksessiz keçiriləcəyinə ümid etdiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB