Sevinc Seyidova: “Heç bir zaman AXCP və Müsavat rəhbərliyi bir-birini qəbul etməyib” RƏY-ÖZƏL
“Ötən illər ərzində adları çəkilən qüvvələrin müxtəlif təşəbbüslər irəli sürdüklərinin şahidi olmuşuq”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib. Onun sözlərinə görə, hər dəfə seçkilər ərəfəsində istər Müsavat, istərsə də AXCP rəhbərləri birlik təşəbbüsləri ilə çıxış etsələr də, son məqamda bu təşəbbüslərin heç biri reallaşmayıb: “Səbəb isə aydındır. Müxalifətin "əsas qüvvəsi mənəm" adına iddialar birlik ideyalarının sadəcə söz olduğunu ortaya qoyub. Heç bir zaman AXCP və Müsavat rəhbərliyi bir-birini qəbul etməyib. Özlərini təcrübəli siyasətçi adlandırsalar da, şəxsi ambisiyalar hər dəfə önə çıxıb. Bu səbəbdən, hər vasitə ilə bir-birlərinə qarşı mübarizə aparıblar. İndi də birlikdə aksiya keçirtmək ideyasını ortaya atıblar. Lakin yenidən birlik çağırışları elə çağırış olaraq da qaldı. Bu bir daha göstərir ki, Müsavat, AXCP və digər müxalif qüvvələr Azərbaycanın ictimai-siyasi həyatında heç bir rola malik deyillər. Sadəcə görüntü, "mən də varam" iddiasının doğru olduğunu isbatlamağa çalışırlar”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB