Türkiyə-Azərbaycan Dərnəyinin I Kongresi keçirilib

Türkiyə-Azərbaycan Dərnəyinin I Kongresi keçirilib

Ankarada Türkiyə-Azərbaycan Dərnəyinin (TAD) I Konqresi keçirilib.

SİA-nın xəbərinə görə, konqres iştirakçıları Türkiyə və Azərbaycanın şəhidlərinin xatirəsini bir dəqiqəlik sülutla yad ediblər.

Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə və Türkiyədə yaşayan azərbaycanlılara dərnəyin fəaliyyətinə göstərdikləri köməyə görə təşəkkürünü bildirib.

Disaporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elnar Məmmədov bildirmişdir ki, dərnəyin fəaliyyəti Azərbaycanda da diqqət mərkəzindədir. Dövlətimizin başçısı İlham Əliyevin də vurğuladığı kimi, "bir millətin iki diasporu olmamalıdır". Qeyd edilib ki, Türkiyədəki diaspor təşkilatları Avropa və Amerikadakı təşkilatlarla da yaxın əlaqələr qurmalıdırlar. Dərnəyin Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasına üzv olmaq qərarı da mühüm bir addımdır.

Konqresdə təşkilati məsələlərə də baxılıb. Politoloq Sinan Oğan yenidən TAD-ın sədri seçilib. Ənvər Türkoğlu dərnəyin sədr müavini, Əyyub Qartalqaya baş katibi olub.

TAD-ın sədri Sinan Oğan gələcək fəaliyyət barədə geniş məlumat verib. Onun sözlərinə görə, bu il də Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyi və digər dərnəklərlə birlikdə geniş tədbirlər keçiriləcəkdir. Bundan başqa, bu cür tədbirlər Fransanın Strasburq şəhərində də təşkil olunacaqdır. Dağlıq Qarabağ problemi ilə bağlı Türkiyənin 50 şəhərində konfransların keçirilməsi də planlaşdırılır. Bütün bu tədbirlərin əsas məfkurəsi böyük Atatürkün ""Azərbaycanın sevinci bizim svincimiz, kədəri bizim kədərimizdir" və ulu öndər Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" kəlamlarına uyğun təşkil olunacaqdır

Bütün xəbərlər Facebook səhifəmizdə