ABŞ prezidenti Donald Tramp Hanoy sammiti çərçivəsində Şimali Koreya lideri Kim Çen In-a nüvə silahlarını ABŞ-a verməklə bağlı sənəd təqdim edib. SİA bu barədə Reuters agentliyinə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, ABŞ prezidenti sənədi həmkarına Hanoyda yerləşən “Metropol” otelində təqdim edib.
“Sənəddə Boltonun nüvə silahlarının, onların daşıyıcılarının və çatdırılma vasitələrinin, eləcə də istehsal arsenallarının azaldılması prosesini özündə ehtiva edən “Liviya model”i öz əksini tapıb. Hansı ki bu prosesdən dəfələrlə imtina edilib. Yəqin ki, Kim Çen In bu sənədin haqsızlıq və təxribat olduğunu düşünüb”, - deyə mənbə qeyd edib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB