Dövlət Departamentinin mətbuat katibi vəzifəsindən gedib

Dövlət Departamentinin mətbuat katibi vəzifəsindən gedib

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauert vəzifəsini tərk edib. SİA-nın məlumatına görə, Nauert bundan sonra 1946-cı ildə senator Ceyms Uilyam Fulbrayt tərəfindən təsis edilən "Fulbrayt" təhsil proqramında çalışacaq.

Öz növbəsində, ABŞ dövlət katibi Mayk Pompeo özünün "Tvitter" hesabında Nauertə qüsursuz və bənzərsiz 2 iş ilinə görə təşəkkürünü bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə