“Əli Kərimli yaramaz və şərəfsiz əməlləri ilə ad çıxarıb” RƏY-ÖZƏL
"Özünü müxalifət adlandıran Əli Kərimli və onun kimilərin birliyinin yaranması mümkün deyil". Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, bunun iki mühüm səbəbi var: "Birincisi, birləşmək üçün konkret ideya və onun reallaşması yollarını ehtiva edən proqram olmalıdır. Bunlarda isə belə bir proqram yoxdur və olması da mümkün deyil. Çünki kim pul verirsə onun da istəyinə uyğun fəaliyyət göstərirlər. Yəni bu gün qəbul ediləcək proqramı maliyyə verən ağaları istədikləri formada dəyişə bilirlər, öz ideyalarını diktə edirlər. Belə də hansı birləşmədən danışmaq olar? İkincisi, təəssüflə də olsa qeyd etmək məcburiyyətindəyik ki, hələ də ölkədə gerçəkdən dövlətin, xalqın mənafeyini uca tutan və bu amala şəxsi ambisiyalarından keçməyi bacaran müxalifət formalaşmayıb və belə davam edərsə yaxın gələcəkdə onun formalaşması da gözlənilmir. Yaramaz və şərəfsiz əməlləri ilə ad çıxarmış Ə.Kərimli və onun kimi özünü müxalifət adlandıran qüvvələr bu düşərgəni inhisarlarına elə alıblar ki, yeni, sağlam qüvvələr meydana gəlmək istəsələr belə, qocaman müxalifətimiz onları gözdən salmaq üçün bütün vasitələrə əl atırlar. Şəxsi ambisiyasını dövlət və xalq mənafelərindən üstün tutan siyasi qurumların birləşməsini gözləmyinə dəyməz. Ə.Kərimlinin son bəyanatları özünü sığortalamaq məqsədindən başqa bir şey deyil. Sadəcə onlar müxalifət adı altında siyasi bizneslə məşğuldurlar. Biznesdə isə yalnız bir maraq olur, nəyin bahasına olursa-olsun daha çox kapital əldə etmək! Sadəcə, bu adamlar unudurlar ki, onların bu biznesi Azərbaycan cəmiyyətinin inkişafına mane olmağa, dövlətin güclənməsi prosesini ləngitməyə xidmət edir ki, belə də bütün cəmiyyət, o cümlədən həmin müxalif adlanan qüvvələr və onların yaxınları, qohum-əqrabaları da zərər çəkmiş olur. Nə yazıqlar ki, bu zavallılar belə bir həqiqətin fərqində deyillər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB