"Sahibkarların üzləşdikləri problemlər öz həllini tapacaqdır" ÖZƏL-RƏY

"Sahibkarların üzləşdikləri problemlər öz həllini tapacaqdır" ÖZƏL-RƏY

“Prezident cənab İlham Əliyevin tapşırığı ilə "Diqlas" ticarət mərkəzindəki yanğına görə ziyan çəkən sahibkarlara dövlət yardımı ediləcək. Cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Ölkə başçısı xüsusilə də 2018-ci ilin 11 aprel prezident seçkilərindən sonra söyləmişdi ki, islahatların yeni mərhələsi başlayır. Dövlət başçısı bunun anonsunu vermişdi. 2019-cu ilin yanvar ayından başlayaraq cənab Prezident sosial paketdə olan çox ciddi islahatları həyata keçirir. Bu islahatların da mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı bu islahatların nəticələrini öz üzərində hiss edir: "Artıq 3 mindən çox insanın sosial rifahında çox böyük müsbət dəyişiklər baş verməkdədir. Məsələyə bu konteksdə yanaşdıqda "Diqlas" ticarət mərkəzində baş vermiş hadisədə sahibkarlara dəymiş ziyanla bağlı da cənab Prezident öz mövqeyini ortaya qoydu. Çünki sahibkarlığın inkişafı, sahibkarlara dəstək dövlət başçısının siyasətinin əsas istiqamətlərindən biridir. Heç şübhəsiz ki, komissiya yaradılır və bu istiqamətdə işlər aparılır. Ölkə başçısının tapşırığı ilə Prezident Administrasiyasının məsul şəxsləri sahibkarlarla görüşüb və ilk növbədə hər bir sahibkara dəymiş ziyanın həcmi araşdırılır. Təbii ki, bu gün ölkə rəhbərinin tapşırığı ilə onlara dövlət yardımının edilməsi əsas məsələdir. Sahibkarlar bir daha gördülər ki, onlara dəymiş ziyanla bağlı dövlət başçısı dərhal reaksiya verdi və hadisə ilə bağlı üzləşdikləri problemlər öz həllini tapacaqdır. İnsanlar bunu gözləyirdilər və əmin idilər ki, cənab Prezident ağır məqamda onların yanında olacaq. Ölkə başçısı dəfələrlə bunu öz fəaliyyətində sübut edib və ən çətin anlarda insanların yanında olub. Xüsusilə Şamaxı və Ağsuda baş vermiş zəlzələ zamanı bu bir daha öz təsdiqini tapdı”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə