"Bu gün Azərbaycan inkişaf yolundadır". Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.
Onun sözlərinə görə, Prezidentimiz Azərbaycan dövlətini daha da sürətli şəkildə inkişaf etdirmək üçün çoxçeşidli tədbirlər həyata keçirir: "İnkişaf etmiş Azərbaycan dövlətinin uğurlarına kölgə salmaq istəyən həm xaricdə, həm də daxildə qüvvələr var. Yəni ölkəmizin inkişaf etməsi həmin qüvvələri qıcıqlandırır və bu inkişafdan çox narahat olurlar. Həmin qüvvələr bu inkişafa kölgə salmaq üçündə müxtəlif variantlardan, o cümlədən dağıdıcı müxalif ünsürlərdən alət kimi istifadə edirlər. Amma müxalifət düşərgəsini təmsil edən qüvvələr bu gün nə etməsindən və nə istəməsindən asılı olmayaraq onların ölkəmizlə bağlı planları heç vaxt baş tutmayacaqdır. Çünki həmin qüvvələr cəmiyyət tərəfindən dəstəklənməyən qüvvələrdir. Bəzən müxalifət düşərgəsini təmsil edən qüvvələr fikirləşirlər ki, bəlkə birləşsinlər. Amma birləşə bilmirlər. Çünki dağıdıcı müxalif qüvvələrin hər biri özünü “lider” hesab edir, digərini qəbul etmək, onunla hesablaşmaq istəmir. Bu hikkə, iddiada birləşməyə imkan vermir. Müxalifətin dağılmasının başlıca səbəbi də məhz liderlərin sərhədsiz iddialarıdır. Adları çəkilən qüvvələr ayrı-ayrı qütblərə, ayrı-ayrı fondlara bağlıdırlar və onlar bir-birlərinə daban-dabana zidd olan siyasət yürüdürlər. Ona görə də, müxalifət təmsilçilərinin birləşmə ehtimalı da mümkün deyil. Heç zaman onların birlikləri olmayıb. Yaradılan qurumların ömrü qısa olub. Aralarında yaranan dava-dalaş, bir- birinə ünvanladıqları ittihamları sonda o birliklərin dağılması ilə nəticələnib. Hesab edirəm ki, müxalifət təmsilçiləri öz partiyalarında islahatlar aparmayınca, böhranlı, ağır durum onları izləmiş olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB