İkitərəfli müzakirələr aparılacaq və sivilizasiyalı dünyada bu normaldır, çünki, bütün məsələlər müzakirələr aparılmadan həll olunmur. SİA Ermənistana məxsus aysor.am saytına istinadən xəbər verir ki, bu sözləri “Mənim addımım” fraksiyasının deputatı Sasun Mikayelyan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın gözlənilən görüşü barədə jurnalistlərlə açıqlamasında deyib.
"Müzakirələr həmişə olmalıdır, çünki danışıqlara ehtiyac var”, - deyə Mikaelyan eyni zamanda müharibənin olması ehtimalını da nəzərə çatdıraraq, erməni tərəfinin həmişə hazır olması lazım olduğunu da söyləyib.
"Ölkəmizin coğrafi mövqeyi belədir ki, həmişə hazır olmalıyıq. Buna əlavə olaraq, Azərbaycan yeni silah növlərini alır və biz onların rəqibi kimi həmişə müharibəyə hazır olmalıyıq. Müharibəyə hər an, hər saniyə hazır olmalıyıq", - Mikayelyan deyib.
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə martın 28-29-da Vyanaya Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Pashinyanın görüşü gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB