TÜRKSAM: “Avropa Birliyi xristian və müsəlman aləmi arasında xətt çəkir”

TÜRKSAM: “Avropa Birliyi xristian və müsəlman aləmi arasında xətt çəkir”

"Yunanıstan qeyri-qanuni immiqrant, Bolqarıstan isə yoluxucu xəstəlikləri bəhanə edərək Avropa ilə Türkiyə arasına divar hörür". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Beynəlxalq Əlaqələr və Strateji Analitik Mərkəzinin (TÜRKSAM) rəhbəri Sinan Oğan deyib.

 

Mərkəz rəhbəri planlaşdırılan sərhəd ayırıcılarının İsrail-Qərb Şeria divarının Avropa modeli olduğunu deyib: "Bu divarlar yıxılan Berlin divarı və İsrail-Qərbi Şeria divarlarının bir bənzəridir. Avropa Birliyi Yunanıstan və Bolqarıstan vasitəsilə Türkiyə sərhədinə xətt tikir. Xristian aləmi ilə müsəlman aləmi arasına bir xətt çəkilir. Buna barmaqarası baxılmamalıdır".

 

Qeyd edək ki, Bolqarıstan Türkiyə sərhədinə 142 kilometrlik tikanlı məftil çəkiləcəyi ilə bağlı qərar qəbul edib. Bu sərhəd həm də Türkiyə-Avropa Birliyi sərhədidir. Bolqarıstan bunun divar olmadığını, məqsədlərinin yoluxucu xəstəlikləri yayan heyvanların qarşısını almaq olduğunu iddia edir. Bildirilir ki, tikanlı məftil regiondakı vəhşi və ev heyvanlarında olan qara yara xəstəliyinin qarşısını almaq üçün bu şərtdir.

 

Yunanıstan hökuməti də Türkiyə ilə quru sərhədinə divar çəkmək qərarına gəlib. Bu addımı atmaqda məqsədin Türkiyədən Yunanıstana daxil olan qanunsuz mühacirlərin qarşısını almaq olduğu deyilir. Divarın 12,5 km. uzunluğunda hörülməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə