Əhməd Davudoğlu və Sergey Lavrov Cənubi Qafqazdakı problemləri müzakirə ediblər
Türkiyə və Rusiyanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Sergey Lavrov İstanbulda Cənubi Qafqazdakı münaqişələrin həlli yollarını müzakirə ediblər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, görüşdən sonra keçirilən mətbuat konfransında Ə.Davudoğlu deyib ki, Sergey Lavrovla Cənubi Qafqazda sülhün, eyni zamanda sabitliyin təmin olunması və "dondurulmuş" münaqişələrin həlli istiqamətində iki ölkənin fəaliyyət istiqamətləri müzakirə olunub.
Nazirlər bildirib ki, Cənubi Qafqaz regionunda sülhün və stabilliyin bərqərar olması hər iki ölkənin maraqlarına uyğundur.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Türkiyəyə Rusiya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün gəlib. Nazirlərin görüşü Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Dmitri Medvedevin rəhbərlik etdiyi Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının alt qolu olan Birgə Strateji Planlaşdırma Qrupunun ilk toplantısı çərçivəsində baş tutub. Əhməd Davudoğlu və Sergey Lavrovun rəhbərliyi ilə keçiriləcək toplantı həm də mart ayının ortalarında Moskvada keçirilməsi planlaşdırılan Yüksək Səviyyəli Əməkdaşlıq Şurası toplantısına hazırlıq məqsədi daşıyır. Yüksək Səviyyəli Əməkdaşlıq Şurası toplantısına Rəcəb Tayyib Ərdoğan və Dmitri Medvedev rəhbərlik edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB