“Görünür Paşinyanın oyunları sona yetir. Ermənistanın baş nazirinin müxtəlif ziddiyyətli bəyanatları puça çıxıb”. Bu fikirləri SİA-ya politoloq Fikrət Sadıqov martın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada keçiriləcək görüşünü şərh edərkən deyib.
O bildirib ki, Ermənistanın baş nazirinin danışıqlarda separatçı rejimin iştirak etməsi ilə bağlı bəyanatları heç bir nəticə vermədi: “Beynəlxalq strukturlar ona bunun mümkünsüzlüyünü izah etdilər. Ona baş saldılar ki, bu cür bəyanatlar beynəlxalq hüquqa ziddir və danışıqlara kömək etməyəcək. Paşinyan danışıqlara məhkum olduğunu anladı”.
İlk görüşdən böyük gözləntilərinin olmadığını dilə gətirən F. Sadıqov söyləyib ki, amma hər halda Paşinyan danışıqlar masasında münaqişə ilə bağlı Azərbaycanın qəti və prinsipal mövqeyini bir daha eşitmiş olacaq: “ Əgər Paşinyan sağlam düşüncəli siyasətçildirsə, o zaman özü üçün nəticə çıxarmalı, ölkəsinin inkişafı ilə bağlı verdiyi müxtəlif şüarların həyata keçməsi üçün ilk növbədə Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək lazımdır”.
Politoloq qeyd edib ki, əgər Paşinyan Vyana görüşündə və daha sonra yenidən ziddiyyətli bəyanatlarını irəli sürsə və buna görə danışıqlardan imtina etsə, o zaman gücün Azərbaycan tərəfindən tətbiqi danılmazdır: “Artıq Azərbaycan onun bəyanatlarından asılı olmayaraq gücünü nümayiş etdirəcək. Bildiyiniz kimi, qarşıdan aprel hadisələrinin ildönümü yaxınlaşır. Azərbaycan tərəfi hər zaman bildirir ki, ikinci aprel hadisələrinin baş verməsi istisna deyil. . Bu baxımdan bu hadisələr hər an təkrarlana bilər. Ermənistan bunu başa düşməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB