Tomas Hammarberqlə görüşdə Edvard Nalbandyan Dağlıq Qarabağdan danışıb
Avropa Şurasının ( AŞ) insan hüquqları üzrə komissarı Tomas Hammarberq Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. SİA-nın "Armtoday"-ə istinadən verdiyi xəbərə görə, tərəflər Ermənistan və Avropa Şurası arasında əməkdaşlığın genişləndirilməsi və gələcək perspektivlər barəsində müzakirələr aparıblar. Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hazırki vəziyyət barəsində məlumat verib.
Eyni zamanda AŞ-nın komissarı, Ermənistan ordusundakı insidentlərə də toxunub. O, bildirib ki, ordudakı insidentlər ətarflı araşdırılmalı, cinayətkarlar müəyyənləşdirilməli və cəza almalıdır. Tomas Hammarberqin sözlərinə görə, ordudakı neqativ hallar barədə informasiya verən şəxslərin təhlükəsizliyi təmin edilmir, ona görə də belə adamlar danışmaqdar qorxurlar: "Bu məsələ həll olunmalıdır. Qanunsuzluq qurbanlarının gələcəkdə özlərinə zərər vermədən şikayət etməsi üçün xüsusi şikayət sistemi yaradılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB