"Xarici ağalarının icazəsi olmadan müxalifət birləşə bilməz” RƏY - ÖZƏL

"Xarici ağalarının icazəsi olmadan müxalifət birləşə bilməz” RƏY - ÖZƏL

"Bu gün Azərbaycanda fəaliyyət göstərən müxalifət adlandırılan müxtəlif az saylı qurumlar necə birləşə bilər? Axı, bu qurumlar müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan maliyyələşirlər". Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, xarici ağalarının icazəsi olmadan müxalifət birləşə bilməz: "Bundan əlavə rəhbərlik etdikləri qurumların daxilində də bunların birliyi yoxdur. Dəfələrlə şahidi olmuşuq ki, aldıqları qrant üstündə KİV-də bir-birlərini təhqir ediblər. Mən bu insanların nə vaxtısa birləşəcəyinə inanmıram və hətta birləşsələr belə bunların hansısa gücə malik olacaqları sual altındadır. Azərbaycan xalqının bunların yanında olacağına inanmıram, xalq bunları tanıyır".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə