Bakı Pedaqoji Kadrların İxtisasartıma və Yenidənhazırlanma İnstitutunun təşkilatçılığı ilə Kiyevdə beynəlxalq konfrans keçiriləcək

Bakı Pedaqoji Kadrların İxtisasartıma və Yenidənhazırlanma İnstitutunun təşkilatçılığı ilə Kiyevdə beynəlxalq konfrans keçiriləcək
Hazırda Bakı Pedaqoji Kadrların İxtisasartıma və Yenidənhazırlanma İnstitutu (BPKİYHİ) Ukraynada keçiriləcək beynəlxalq konfransa hazırlıq işlərini başa çatdırıb. Bu barədə SİA-ya açıqlamasında BPKİYHİ-nun rektoru, professor Asəf Zamanov məlumat verib. O bildirib ki, konfrans ABŞ-ın Santiyeqo Universiteti, Bakı Pedaqoji Kadrların İxtisasartıma və Yenidənhazırlanma İnstitutu, Kiyev Vilayət Pedaqoji Kadrların Diplomdansonrakı Təhsil İnstitutu və Moskva Təhsildənsonrakı Təhsil Akademiyasının birgə təşkilatçılığı ilə keçiriləcək. Onun sözlərinə görə, "İnnovativ təhsil fəaliyyəti: regional aspektlər" mövzulu konfrans aprel ayında baş tutacaq.

"Konfransda institutların rəhbərliyi və mütəxəssisləri iştirak edəcəklər. Bundan əlavə, konfransda bu gün İKT-nın köməyi ilə tədris prosesinin təşkilinin problemlərinə, perspektivlərinə həsr olunan məruzələr dinləniləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə