Yeni kitab: Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
Tarix keçmişi, bu günü və sabahı bir-birinə möhkəm tellərlə bağlayan bir keçid, körpüdür. Keçmişi bilmədən bu günə və gələcəyə keçmək qeyri-mümkündür. Keçmişimizi öyrənmək üçün ilk addım kimi tarixə, onun fəlsəfəsinə və təyinatına olan münasibətimizi dəyişməli, anlayışların zahirindən daha çox, onların daxilini görməyə, anlamağa vərdiş etməliyik. AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yenicə çapdan çıxmış “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabında yer alıb.
Akademik Ramiz Mehdiyevin bu kitabı Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən sayılan xanlıqlar dövrünün indiyədək tarixşünaslığımıza məlum olmayan siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində atılmış mühüm elmi addımdır. Ümumilikdə 22 orijinal sənədin daxil edildiyi toplu xanlıqlar dövrünün siyasi təhlilinə və tarixi dəyərləndirilməsinə həsr olunan sanballı tədqiqat işidir. Akademik xanlıqlar dövrünün indiyədək ciddi elmi mübahisələrin predmeti olan bir sıra mühüm problemlərinə, hadisə və şəxsiyyətlərə faktlar və etibarlı elmi mənbələr, arxiv sənədləri əsasında münasibət bildirir, həmin tarixi mərhələyə obyektiv qiymət verməyə mane olan məsələlərə aydınlıq gətirir. Nəticədə müqayisəli və hərtərəfli elmi təhlil metodu əsasında tarixşünaslığımızda ilk dəfədir ki, xanlıqlar dövrü siyasi və tarixi nöqteyi-nəzərdən mahiyyətcə yeni kontekstdə dəyərləndirilir.
Müəllif tədqiqatların nəticəsi olaraq bu qənaətə gəlir ki, xanlıqlar dövrü Azərbaycan dövlətçiliyinin və xalqının taleyində oynadığı rol baxımından tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir. Məhz bu dövrdə Azərbaycan dövlətçiliyi mərkəzləşmə prinsipindən məhrum olur. Vaxtilə Səfəvi şahlarının, xüsusən Şah İsmayıl Xətainin və Nadir şahın hərbi dühası və siyasi məharəti hesabına yaradılan, Azərbaycan türklərinin titul xalq statusunda idarə etdikləri böyük bir coğrafiyada irili-xırdalı onlarca feodal dövlətin meydana gəlməsi siyasi böhranla yanaşı, böyük iqtisadi və mədəni tənəzzülə aparıb çıxarır. Xanlıqlar dönəmini Azərbaycan üçün aktuallaşdıran başqa bir amil isə xalqımızın məhz həmin siyasi dövrün səhvləri ucbatından ikiyə bölünməsi və bu günə qədər də parçalanmış vəziyyətdə yaşamağa davam etməsi ilə bağlıdır. Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal olunması, Qacarların bütün cəhdlərə baxmayaraq, onları geri qaytara bilməməsi, nəhayət, imzalanan Gülüstan və Türkmənçay müqavilələri indiyədək mövcud olan reallığın mühüm tarixi səbəbləridir.
Bütün hallarda tarix olduğu kimi yazılmalıdır və bu, tarixçilərin əsas missiyasıdır. “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı bu baxımdan tarixşünaslığımıza çox dəyərli töhfədir və öz mötəbərliyi ilə ilk baxışda diqqəti çəkir.
22 sənəd və ya tarixçilər üçün yol xəritəsi
Azərbaycan oxucusuna ana dilində ilk dəfə təqdim edilən 22 sənəd arasında Qacar şahlarının Azərbaycan xanlarına məktubları, həmçinin xanların o dövrdə Rusiya komandanlığı ilə yazışmaları özündə tarixi həqiqətləri əks etdirir. Fətəli şahın 1796-cı ilin noyabrında bütün Tiflis əhalisinə ünvanlandığı fərman, yaxud İstanbuldakı İran səfirliyinin ermənilərə sığınacaq verilməsi barədə Xarici İşlər Nazirliyinə məktubu, Cavad xanın Knyaz Sisianova cavab məktubu və digər sənədlər həmin dövrün real mənzərəsinə aydınlıq gətirmək baxımından böyük əhəmiyyət kəsb edir.
Təqdim edilən sənədlər müvafiq şərh və izahlarla müşayiət olunur.
Akademik Ramiz Mehdiyevin yeni kitabı tarixçi alimlər üçün yol xəritəsi də sayıla bilər. O, bu sahənin mütəxəssislərinə çağırış edərək yazır: “Tarixçilərimiz, filosoflarımız, ədəbiyyatşünaslarımız, mədəniyyətşünaslarımız onu da unutmamalıdırlar ki, keçmişin irsindən qorxmağa, yaxud ehtiyatlanmağa lüzum yoxdur. Onu olduğu kimi qəbul edib öyrənmək, müsbət tərəflərini və qüsurlarını obyektiv şəkildə göstərmək və ədalətli qiymətləndirmə əsasında ictimaiyyətə ötürmək lazımdır. Tarixi mirasla işləyərkən, əslində, tamam başqa bir məsələdən – hansısa siyasi-ideoloji səbəblərdən, yaxud təəssübkeşlik ucbatından ört-basdır etməyə çalışdığımız və ya mahiyyətini təhrif edərək çatdırdığımız faktların sonradan aşkara çıxarıldığı zaman xalqda, cəmiyyətdə yaradacağı məyusluqdan, ruh düşkünlüyündən və psixoloji sarsıntıdan ehtiyatlanmaq lazımdır”.
Kitabda türkiyəli tarixçi F.Sümər, iranşünas və şərqşünas alimlər M.S.İvanov, K.E.Bosvort, Y.Krımski və başqalarının xanlıqlar dövrünün hadisələri ilə bağlı maraqlı fikirlərinə istinad edilir.
Tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha amansızlıqla təkrar olunur
Əsərdə xanlıqlar dövrünün hadisələrinin müasir dövrlə əlaqələndirilməsi daha bir mühüm məziyyət kimi diqqəti cəlb edir. Müəllif yazır ki, xanlıqlar dövrü ilə müstəqilliyimizin ilk illəri arasında mövcud olan kədərli oxşarlıqlardan daha biri isə torpaqlarımızın itirilməsi ilə bağlıdır. Əgər xanların özbaşınalığı və separatçı davranışları Şimali Azərbaycanın çarizm tərəfindən işğalı və 1828-ci il Türkmənçay sazişinin müddəalarına əsasən İran ermənilərinin Qarabağa, Naxçıvana və İrəvana köçürülməsi ilə yekunlaşmışdısa, ötən əsrin 90-cı illərinin əvvəlində üzləşdiyimiz vəziyyət Ermənistanın öz havadarlarının birbaşa dəstəyi sayəsində Dağlıq Qarabağı, həmçinin onun ətrafındakı 7 rayonu qəsb etməsi ilə nəticələndi. Bu həm də onu sübut edir ki, tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha amansızlıqla təkrar olunur.
Akademik bu qənaətə gəlir ki, Azərbaycan xanları vaxtilə birləşib ümumi düşmənə qarşı vahid cəbhədən çıxış edə bilsəydilər, böyük ehtimalla torpaqlarımızın bu qədər asanlıqla və qısa zamanda işğalı da mümkün olmazdı.
Kitabda Ağa Məhəmməd şah Qacar, Abbas Mirzə Qacar, Fətəli şah Qacar, Qarabağ xanı İbrahimxəlil xan, Gəncə xanı Cavad xan, Şəki xanı Səlim xan, general Pavel Sisianov, birinci və ikinci Rusiya-İran müharibələri, həmçinin Kürəkçay müqavilələri barədə verilən məlumatlar oxucuya həmin dövrün mühüm şəxsiyyətləri və hadisələrinə dair yığcam məlumatlar çatdırır.
Akademik Ramiz Mehdiyevin tədqiqatları, dərin məntiqə söykənən fikir və mülahizələri, dəyərli tövsiyələri, həmçinin təqdim etdiyi qiymətli sənədlər xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmağa imkan yaradacaq. Bununla yanaşı, Azərbaycan tarixşünaslığında, ictimai fikrində məsələyə münasibətdə daha sistemli və ədalətli baxışın formalaşmasına təkan verəcək. Kitab həm peşəkar tarixçilər və mənbəşünaslar, həm də Azərbaycan tarixi ilə maraqlanan oxucular üçün nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər

Xəbər lenti
Nağdsız ödənişlərin aylıq həcmi 10 milyard manata yaxınlaşıb - AMB
İqtisadiyyat 09:56Azərbaycanın sığorta bazarı 12 %-ə yaxın böyüyüb
İqtisadiyyat 09:47Bəzi çaylarda suyun səviyyəsi artıb
Sosial 09:30Bakıda “Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi” keçirilir
İqtisadiyyat 09:19Bakıda yük avtomobili qadını vuraraq öldürüb
Hadisə 09:16Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
Sosial 09:05Paris Hilton 63 milyon dollara yeni ev aldı
Şou-Biznes 08:41Tehrandan AÇIQLAMA
Dünya 08:19Alimlərdən yeni kəşf
Dünya 07:39İsrailin daha bir şəhəri vuruldu - ölənlər var
Dünya 07:32Topuriya Makqreqoru əlsə saldı
İdman 07:29Siyartodan xəbərdarlıq
Dünya 07:05Tehran səmasında İsrailin dronu vurulub
Dünya 05:46Odessada ardıcıl partlayışlar baş verdi
Dünya 05:30Can Yamanın yeni sevgilisi ilə görüntüləri olay oldu - FOTOLAR
Şou-Biznes 05:20Qumral üçüncü dəfə ana olacaq
Şou-Biznes 03:43Bu ərazilərdə qaz olmayacaq
İqtisadiyyat 03:05Bəzi ərazilərdə işıq olmayacaq
İqtisadiyyat 02:40Futbolçu və sevgilisi həlak oldu
Dünya 02:29Dubay hava limanları fəaliyyətini bərpa etdi
Dünya 01:52Leyla Əliyeva Xızıdan paylaşım etdi
Sosial 01:23“Sizə daha çox sual vermək istərdim…”
Şou-Biznes 01:07Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi
Sosial 00:38Amma biz buna “öz hamam suyunu içmək” deyirik...
Dünya 00:25“Şəffaf” Nothing Phone 3-ün tam texniki xüsusiyyətləri ortaya çıxdı
Texnologiya 23 İyun 23:53Mütəxəssislər pəhrizə daxil edilməli olan balıqların adını çəkiblər
Səhiyyə 23 İyun 23:45Britaniya alimləri Arktikanı yenidən donduracaqlar..?
Dünya 23 İyun 23:34Asteroid toqquşmasının təhlükəli nəticələri üzə çıxıb...
Texnologiya 23 İyun 23:25Suzuki Alto yüngül makiyaj edir...
Texnologiya 23 İyun 23:16İtaliyada COVID peyvəndindən sonra ölənlərin sayı açıqlanıb...
Dünya 23 İyun 23:04Daimi tinnitusun təhlükələri aşkar edilib...
Səhiyyə 23 İyun 22:53Amerikalı pilot sirli düzbucaqlı UFO ilə qarşılaşıb..?
Maraqlı 23 İyun 22:45Rusiya avtomobil bazarı 500 mini keçib, lakin...
Dünya 23 İyun 22:36Arktika mikrobları: görünməz qəhrəmanlar və təhdid...
Maraqlı 23 İyun 22:25Korluğun müalicəsi üçün effektiv üsul işlənib hazırlanıb...
Səhiyyə 23 İyun 22:14Aktiv olmayan NASA peyki birdən canlanıb...
Texnologiya 23 İyun 22:05Alimlər dərin dəniz hörümçəkləri haqqında yeni kəşf ediblər...
Maraqlı 23 İyun 21:53Rusiyada iş günü son 3 ildə ilk dəfə qısaldılıb...
Dünya 23 İyun 21:44İran ABŞ bazalarına qarşı “Qələbə müjdəsi” hərbi əməliyyatı elan edib
Dünya 23 İyun 21:39Xoşbəxtlikdən niyə ağladığımız açıqlanıb...
Maraqlı 23 İyun 21:36Bəşəriyyətin iqlim dəyişikliyinə uyğunlaşmasının sirri açılıb...
Dünya 23 İyun 21:25Antarktidadakı sirli radio siqnalları alimləri çaşdırır...
Texnologiya 23 İyun 21:15İran Qətərdə ABŞ-ın Əl-Udeyd bazasına qarşı əməliyyata başlayıb
Dünya 23 İyun 21:09Həkim şəkərlə bağlı məşhur mifi dağıdır...
Səhiyyə 23 İyun 21:04Cinayətkar ermənilərin məhkəməsi davam etdiilib -2....
Siyasət 23 İyun 21:02Yeni TP-Link Router hətta su altında da işləyə bilər...
Texnologiya 23 İyun 20:55MEDİA könüllüləri üçün növbəti peşəkar inkişaf təlimi keçirilib
Sosial 23 İyun 20:46Alimlər Cortinarius cinsinə aid göbələklər tapıblar...
Maraqlı 23 İyun 20:43Britaniyada qədim Romanın dəri çəkməsi tapılıb...
Maraqlı 23 İyun 20:36İcma Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını qınayıb
Siyasət 23 İyun 20:31“Rusiya Allahın qanunundan imtina edib..?”
Dünya 23 İyun 20:25Meksikalı diplomatlar İrandan Azərbaycana təxliyə edilib
Sosial 23 İyun 20:20Korluğa səbəb olan xəstəliklərin əsas simptomları...
Səhiyyə 23 İyun 20:14XİN: Ermənistanın tarixi faktları saxtalaşdırmaq cəhdi...
Siyasət 23 İyun 20:11İsveçrə şirkəti “burunlu” robotlar təqdim etdi...
Dəb 23 İyun 20:06BMT İsrailin beynəlxalq hüququ pozduğunu müəyyən edib...
Dünya 23 İyun 19:55Cinayətkar ermənilərin məhkəməsi davam etdiilib....
Siyasət 23 İyun 19:49Sirski: "Mübarizə davam edir..."
Dünya 23 İyun 19:46Gənclər Fondu qrant müsabiqəsi elan edir
Sosial 23 İyun 19:35Rusiyanın Ukraynaya Belarusdan yeni hücum riski..?
Dünya 23 İyun 19:26Serbiya silah-sursat ixracını dayandırıb
Dünya 23 İyun 19:14İtaliya İrandakı səfirliyini Omana köçürə bilər
Dünya 23 İyun 19:09Saatlıda bostan məhsullarının bir qismi xarici bazarlara satılır
Sosial 23 İyun 19:04Kolumbiya mətbuatı: Azərbaycan - qlobal diqqətin yeni mərkəzi
Siyasət 23 İyun 19:01Krımın başçısını öldürmək istəyirmiş..?
Dünya 23 İyun 18:56İKT sahəsində qadın liderlərlə interaktiv görüş
İqtisadiyyat 23 İyun 18:51“Məzun günü” təşkil edilib...
Təhsil 23 İyun 18:50İran tərəfi Putinlə görüşü dəyərləndirib...
Dünya 23 İyun 18:44Murmansk vilayətində gəmi yanıb
Dünya 23 İyun 18:40Baş naziri Əli Əsədovun sədrliyi ilə iclas keçirilib...
Siyasət 23 İyun 18:40“Oreşnik” raket sisteminin seriyalı istehsalı bərpa edilir...
Dünya 23 İyun 18:34Şəmkirdə növbəti hüquqi yardım aksiyası keçirilib
Sosial 23 İyun 18:31"Liverpul" macarıstanlı futbolçu ilə anlaşıb
İdman 23 İyun 18:27Mark Rutte 2025-ci ildə Ukraynaya yardımın həcmini açıqlayıb
Dünya 23 İyun 18:22İqtisadiyyat nazirinin müavini Zaqatalada vətəndaşlarla görüşüb
İqtisadiyyat 23 İyun 18:18Gürcüstanda müxalif koalisiyanın üç üzvü həbs olunub
Dünya 23 İyun 18:16Malyuk Krım körpüsünə üçüncü hücumun təfərrüatlarını açıqlayıb...
Dünya 23 İyun 18:11“Şər oxu” üçün bəd xəbər..?
Dünya 23 İyun 18:02İmkanınız varsa, gündə bir avokado yeyin...
Səhiyyə 23 İyun 17:53Maliyyə Nazirliyində dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içib - FOTOLAR
İqtisadiyyat 23 İyun 17:25AXCP-də qatı diktatura hökm sürür ANALİZ
Siyasət 23 İyun 17:24Qazaxıstan XİN vətəndaşlara çağırış edib
Siyasət 23 İyun 17:20Özəl xəbərlər
Digər xəbərlərDİQQƏT: Yağış, şimşək və dolu ehtimalı mövcuddur - QURUM RƏSMİSİ AÇIQLADI
Sosial 23 İyun 17:13"Tarixən İsrail həmişə qısa müddətli müharibələr aparıb" - POLİTOLOQ ŞƏRH ETDİ
Siyasət 23 İyun 16:12"Qız qaçırmaq artıq cinayət əməli hesab olunur" - MÜNASİBƏT BİLDİRİLDİ
Sosial 23 İyun 15:59"Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır" - ŞƏRH EDİLDİ
Siyasət 23 İyun 15:22
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD 1,7000
0,00%
-
EUR 1,9536
-0,27%
-
GBP 2,2797
-0,31%
-
RUB 2,1656
0,00%