Fəttah Heydərov: "20 Yanvar” faciəsi xalqın qəhrəmanlıq salnaməsinə yazılan şanlı bir səhifədir"

Fəttah Heydərov: "20 Yanvar” faciəsi xalqın qəhrəmanlıq salnaməsinə yazılan şanlı bir səhifədir"

Bu gün çox müqəddəs bir gündür. Burada həm xalqın qəhrəmanlığı, həm də müstəqillik uğrunda gedən mübarizənin qanlı bir döyüş səhifəsi var. Burada hüzn və kədər var. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Fəttah Heydərov deyib. Onun sözlərinə görə, "20 Yanvar" faciəsi xalqın qəhrəmanlıq salnaməsinə yazılan şanlı bir səhifədir. Çünki, bu səhifə uzun illər Azərbaycanın tarixində yaşayacaq: "Gənclərimiz Azərbaycan torpaqlarının müqəddəsliyi, onun qorunması, dövlətçiliyimizin qorunması, Azərbaycanda müstəqilliyin əbədi olması üçün olu öndər Heydər Əliyevin göstərdiyi yolla gedəcək və həmişə bu günü, mərdlik nümunəsi olan tarixi yaşadacaq".

 

Fəttah Heydərov bildirib ki, 20 Yanvar hadisələrinə ilk olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən prinsipial münasibət bildirilib. O, eyni zamanda qanlı cinayətin səbəblərinin araşdırılmasını və siyasi-hüquqi qiymət verilməsini, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkə prezidenti İlham Əliyev tərəfindən ötən il "20 Yanvar" dairəsində ucaldılmış memorial abidə kompleksinin açıldığını, habelə "20 Yanvar faciəsinin iyirmi birinci ildönümünün keçirilməsinə dair tədbirlər planı"nın qəbul olunduğunu xüsusi vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə