VII Qlobal Bakı Forumu öz işini davam etdirir. SİA-nın xəbərinə görə, forumda çərçivəsində "Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu: Çin, ABŞ Rusiya və Avropa İttifaqı" mövzusunda panel keçirilib. Paneldə çıxış edən Xarici işlər üzrə Çin Xalq İnstitutunun Prezidenti Vu Hailonq bildirib ki, son illər müşahidə etsək, statistikaya istinad etsək görərik ki, dünya ÜDM-nin 50 faizi Çinə məxsusdur: "Çinin Avropa İttifaqı ilə ticarət əlaqələri genişlənir. Çin böyük dövlətlərdən biri olaraq sülh əmin-amanlıq proseslərində iştirak edir. Çin "bir yol bir kəmər" adlı layihəsi altında bütün dövlətləri birləşdirir. Dünyaya sülhü yayır. Biz istəməzdik ki, dominant mövqeyə malik olaq. Biz konstruktiv rol oynamaq fikrindəyik".
Daha sobra çıxış edən Latviyanın sabiq prezidenti Vaira Vike-freiberga söyləyib ki, sovetlər birliyi dağıldıqdan sonra bura daxil olan ölkələr Latviya, eləcə də Azərbaycan öz müstəqilliyini qazanıb. İndiki Rusiya ilə Sovet İttifaqının oxşar olması məsələsinə gəlincə, sabiq prezident söyləyib ki, bu eyni deyil: "İndiki xəritəyə baxsaq belə bu fərqi görə bilərik. Rusiya özüdür və dünyada öz mövqeyini tapmalıdır. Onlar dünya tərəfindən necə qəbul olacaqlarını düşünməlidirlər. Klassik Rusiyanın mədəniyyəti bütün dünya tərəfindən qəbul edilib".
Norveçin sabiq baş naziri Kjel Magne Bondevik deyib ki, Norveç sülhsevər ölkədir: "Baxmayaraq ki, Avropa İttifaqının üzvü deyilik, amma ətrafımızda təlatümləri görürük. Biz ABŞ-da vəziyyətin dəyişdiyini, Çinin iqtisadi inkişafını görürük. Rusiya soyuq müharibədən sonra öz rolunu müəyyənləşdirsə də, ölkələrlə münasibətlərdə və daxildə problemlər mövcuddur".
Sabiq baş nazir qeyd edib ki, qarşıda heç bir ölkə dünya siyasətində dominant olmayacaq: "Hətta ABŞ da dominant olmayacaq. Beynəlxalq siyasətdə ABŞ mühüm rol oynamalı, geri çəkilməməlidir. Avropa İttifaqı da ölkələrlə münasibətlərdə daha sıx əməkdaşlığa üstünlük verməlidir".
Panel sual-cavab əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB