Namiq Əliyev: “İcazəsiz mitinqlərin keçirilməsi xaricdən verilən sifarişdir ” RƏY-ÖZƏL
“Ölkəmizin sosial-iqtisadi həyatında ciddi dəyişikliklər baş verir”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib. Onun sözlərinə görə, bir milyon nəfərə yaxın insanı əhatə edən minimum əmək haqları, təqaüdlər, müavinətlər artırıldı: “Mətbuat və televiziyalarda sosial islahatların əhatə dairəsinin daha da genişlənəcəyinin anonsu verilib. Təbii ki, sözügedən sahədə baş verən müsbət dəyişikliklər müxalifətin ürəyincə deyil. Çünki onlar əhalinin sosial vəziyyətinin ağır olmasını istəyirlər. Müxalifətin iqtidara qarşı əsas hücum silahı cəmiyyətin sosial problemləri ilə bağlıdır, bu sahədəki islahatlar isə onların silahının kəsərini azaldır. Belə bir şəraitdə, islahatların növbəti mərhələsinin müxalifətin sıralarını daha da seyrəldəcəyini hiss edənlər, qabaqlayıcı addımlar ataraq mitinqlər keçirməyə çalışırlar. Eyni zamanda, mitinqlərin təşkili, qarşıdurmaların yaradılması ilə bağlı xaricdən də sifarişlərin gəlməsini istisna etmək olmaz. Burada əsas məqsəd, bir tərəfdən sosial islahatlara kölgə salmaq, digər tərəfdən də, Dağlıq Qarabağ problemi ilə bağlı gedən son proseslərdə Azərbaycan tərəfini zəif duruma düşürməkdir. İqtidar da siyasi oyunların mahiyyətini anladığından, mitinqlər və qarşıdurmalara imkan vermir”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB