Bahar Muradova: “Azərbaycan heç zaman torpaqların itirilməsi və ərazisində ikinci Ermənistanın yaradılması cəhdi ilə barışmayacaq"

Bahar Muradova: “Azərbaycan heç zaman torpaqların itirilməsi və ərazisində ikinci Ermənistanın yaradılması cəhdi ilə barışmayacaq"

Prezident İlham Əliyevin hərbi bəyanatları Azərbaycan torpaqlarının nə vaxtsa azad olunacağına ciddi hazırlıq deməkdir və eyni zamanda bütün dünyaya bir mesajdır ki, Azərbaycanda müharibə bitməyib. Bunu SİA-ya açıqlamasında Azərbaycan Milli Məclisin vitse-spikeri Bahar Muradova Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş geniş iclasında səsləndirdiyi hərbi bəyanatlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ölkəmiz hərbi hazırlığını davam etdirir, çünki Azərbaycanda müharibənin birinci hissəsi bitib: "Bizim göstərdiyimiz bütün səylərə, sülh danışıqları prosesində iştirakımıza, beynəlxalq təşkilatların tövsiyələrinə rəğmən biz bu məsələni sülh danışıqları yolu ilə həll etmək istəyirik. Çünki biz bilirik ki, müasir dünyada gücün yoxdursa, səni dinləmirlər. İqtisadi, hərbi gücün yoxdursa, deməli danışıqlar prosesində hər hansı bir hərəkatda mövqeyini möhkəmləndirə bilməzsən".

 

Bahar Muradova bildirib ki, Azərbaycan bütün istiqamətlərdə inkişaf əldə etdiyinə görə, eyni zamanda hərbi sahədə də uğurlara imza atıb. Belə ki, rəsmi Bakı qarşı tərəfə mesaj verir ki, Azərbaycan heç zaman torpaqlarının itirlməsi ilə, ərazisində ikinci Ermənistan dövlətinin yaradılması cəhdi ilə barışmayacaq və cəhdin qarşısını bütün vasitələrdən o, cümlədən hərbi vasitələrdən lazım gəldikdə istifadə edəcək: "Cənab prezidentin çıxışının ruhu, məzmunu bundan ibarətdir. Qətiyyətli bəyanat Azərbaycan xalqının iradəsinə söykənir".

Bütün xəbərlər Facebook səhifəmizdə