Yaxud, “mühacirlərin” qıcqırmış qatıq qoxusu
Artıq kifayət qədər sübuta yetirilib ki, sosial şəbəkələrdə “şirpələngə” dönüb, özlərini “siyasi mühacir”, “dissident”, “məzlum və əzilmiş xalqın mübariz nümayəndəsi” kimi təqdim edənlərin əsas məqsədləri qrant dilənçiliyi, eyni zamanda, həmin dilənçilikdən əldə edilən məbləğləri mənimsəməkdir. Əbəs deyil ki, bizlər artıq dəfələrlə görmüşük ki, Məhəmməd Mirzəli, Orduxan Teymurxan, Səid Nuri, Tural Sadıqlı və s. kimiləri bir-birlərini hətta 100 avroya görə ən ağır təhqirlərə məruz qoyur, necə deyərlər, söyüşün birini “bir qəpikdən” söyürlər. Əlbəttə ki, belə bir reallıq onların iç üzlərini daha da ifşa edir, o cümlədən, cəmiyyətdə yerlərinin olmadığını, nə qədər ucuz ünsürlər olduğunu isbatlayır.
Gəda-güdalar yığnağı üçün təhqir etmək, ya da təhqir qazanmaq heç nədir
O da sirr deyil ki, Bakının mərkəzində icazəsiz mitinq keçirmək məqsədi daşıyan və erməni lobbisinin vəsaitləri hesabına təlimatlar alan həmin ünsürlər artıq bir neçə gündür ki, sözün əsl mənasında bir-birlərini qırır, təhqir edir, ən alçaldıcı ifadələri səsləndirirlər. Söz yox ki, belə ünsürlər üçün şərəf və ləyaqətin olmaması faktı onların bir-birlərinə qarşı tətbiq etdikləri söyüşlərini də təsirsiz edir. Çünki şəxsi həyatlarında azərbaycanlı kişisinə layiq olmayan hərəkətləri ilə yadda qalan gəda-güdalar yığnağı üçün təhqir etmək, ya da təhqir qazanmaq heç nədir. Əgər “yarımçıq adam” statusu qazanmış Səid Nurinin otellərdə qeyri-ənənəvi seks üsulları ilə məşğul olduğunu, Məhəmməd Mirzəlinin də eyni motivdən intim həyat yaşamasını, habelə “şərəfsiz” sözünü özünə söyüş kimi qəbul etmədiyini etiraf etməsini, Orduxan Teymurxanın tualetlərdən, küçələrdən, zibil qutuları yanından canlı efirlərlə çıxmasını xatırlayarasaq, bunların həqiqətən də ucuz, səviyyəsiz, nadan və bədbəxt biriləri olduğunu əminliklə deyə bilərik. Onlar üçün əsas lazım olan puldur ki, indi də həmin pul üstündə növbəti dava-şavaya, qarşılıqlı təhqirlərə keçid ediblər.
“Yarımçıq adam” Səid Nuri, şərəfsiz Məhəmməd Mirzəli və “boğazı karanla deşilmiş” Orduxan Teymurxan...
Söhbət isə yuxarıda da qeyd etdiyimiz kimi, Bakıda icazəsiz mitinq keçirmək sifarişinin alınmasından gedir. Orduxan Teymurxan Səid Nuri və Məhəmməd Mirzəlinin mitinq çağırışlarını ələ salaraq, onu “pendir mitinqi” adlandırıb. Bu isə qarşı tərəflərin xoşlarına getməyib. Çünki Orduxan bu məsələdən qrant payını almayıb, həmin iki nəfər isə, onlara vəd edilən qrantları ala bilməyəcəkləri qorxusuna düşüblər. Ona görə də başlayıblar Orduxanın fəaliyyətinə qarşı çıxmağa. Sosial şəbəkədə canlı yayımda olduqlarına baxmayaraq, “yarımçıq adam” Səidlə, şərəfsiz Məhəmməd “boğazı karanla deşilmiş” Orduxanın Hollandiyada zirehli jiletlə gəzdiyini deyərək, onu ələ salıblar. Guya Orduxan bununla Avropada göstərmək istəyir ki, “həyatına təhlükə”-filan varıymış...
“Kitabları bağlanıb”, atalar demişkən, “bir daş altdan, bir daş da üstdən”
Beləliklə, Azərbaycanda qeyri-qanuni mitinqlərə insanlara çagırış edən Səid Nurinin "Orduxan böyük zibil-zaddı?!", Məhəmməd Mirzəlinin isə Avropada qrant üstündə oturmusunuz bizim fəaliyyətimizi həmişə gözdən salırsınız, çünki "xain və paxılsınız...", “dediklərimi beyninizə soxun”, ittihamları ilə çıxış etmələri bu gəda-güdaların gerçək “simalarını” ortaya qoydi.
Baş verənlər isə kifayət qədər sübut edir ki, artıq belələrinin “kitabları bağlanıb” və get-gedə hətta öz tərəfdarları, izləyiciləri qarşısında maraqlarını itirməkdədirlər – atalarımız demişkən, bir daş altdan, bir daş da üstdən..
Ona görə də, olan-qalan qrant mərkəzlərini itirməməkdən ötrü sosial şəbəkələrdə çabalamağa, hətta buna görə bir-birlərini ən ağır təhqirlərə məruz qoymağa hazır olduqlarını da göstərirlər. Görünür, icazəsiz mitinqləri həqiqətən pendir mitinqinə çevrilir, üstəlik, didişib-qırışmalarından çıxan söz-söhbətlərindən də əməlli-başlı qıcqırmış qatıq iyi gəlməyə başlayır...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB