“Ermənistan baş nazirinin Dağlıq Qarabağda təhlükəsizlik şurasının iclasını keçirməsini “xalqları sülhə hazırlamaq” missiyası kimi təqdim etməsi riyakarlıqdan başqa bir şey deyildir”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Politoloqun sözlərinə görə, iclasın Qarabağda keçirilməsi Ermənistan hakimiyyətində də birmənalı qarşılanmayıb: “O səbəbdən də prezident Armen Sarkisyan Xankəndinə gəlməkdən intina etmişdi. Paşinyanın bu cəhdi danışıqların istiqamətini dəyişdirərək yenidən onu uzunmüddətli məcaraya yönəltmək məqsədini daşıyır. Paşinyan çox gözəl anlayır ki, işğal olunmuş ərazilərin, ilk növbədə 5+2 formatında rayonların qaytarılması qaçılmazdır. İndiyə qədər xalqına verdiyi yalan vədlər qarşısında sülh müqaviləsini imzalamağa qorxur. Bu məsələdə “Qarabağ klanı” Paşinyana davamlı olaraq təzyiqlər edir. Kremlin buqələmun siyasi texnoloqu Duqinin 5 rayonun qaytarılması məsələsini hələlik gündəmdən çıxartmaq təklifi də başladılan oyunun simptomlarıdır. Beynəlxalq birliklərin və ATƏT-in müharibə variantının gündəmdən çıxarılması tələbi də güclənən ordumuzun və torpaqlarımız işğaldan azad etmək istəyimizi söndürmək məqsədini daşıyır. Hesab edirəm ki, Azərbaycan güc faktorunu davamlı olaraq işğalçı qüvvələrə göstərməkdən imtina etməməlidir.
Xatırlayırsınızsa İlham Əliyevlə Sarkisyanın görüşü zamanı erməni prezidenti qarın ağrısı bəhanəsi ilə danışıqları tərk etmişdi. Bu dəfə Paşinyanı qarın ağrısı tutub. Xankəndinə verdiyi primitiv və ciddi qəbul olunmayan bəyanatları müzakirə mövzusu olmaq gücündə belə deyil. Onun danışıqlarda separatçı rejimin iştirakı tələbi yersiz və perspektivsizdir. Üstəlik utanmadan İlham Əliyevi danışıqlarda Qarabağın icma nümayəndəsi kimi qəbul edilə biləcəyini deməsi bu adamın reallıq hisslərini itirməsi anlamındadır. Bütün bunlar isə İlham Əliyevin Paşinyanı kifayət qədər güclü təzyiqlə divara sıxışdırmasından irəli gəlir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB