ABŞ-la Çin arasında nüvə razılaşması imzalanıb

ABŞ-la Çin arasında nüvə razılaşması imzalanıb

ABŞ və Çin nüvə təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama nüvə təhlükəsizliyi sahəsində Çin ilə əməkdaşlığın artırılmasını nəzərdə tutan razılaşmanın imzalandığını açıqlayıb.

 

Çin dövlət başçısı Hu Szintaonun ABŞ səfərində ABŞ Enerji Naziri Steven Çu ilə Çin Atom Enerjisi İdarəsinin başçısı Çen Quifa arasında imzalanan razılaşma Çində ortaq maliyyə ilə idarə olunan nüvə təhlükəsizliyi mərkəzinin qurulmasını nəzərdə tutur. Səlahiyyətlilər iki ölkənin nüvə təhlükəsizliyi mərkəzini Asiyanın digər ölkələrdə də açmağı nəzərdə tutduğunu deyib. Razılaşmaya görə, mərkəzin büdcəsinin əksəriyyəti Çin tərəfindən ödəniləcək, ABŞ isə mərkəzi texnologiya və ekspertlərlə təmin edəcək.

 

Qeyd edək ki, belə bir mərkəzin qurulması fikri ilk dəfə keçən ilin aprel ayında ortaya atılmışdı. Vaşinqtonda təşkil edilən nüvə təhlükəsizlik sammitində çıxış edən Çin dövlət başçısı sözügedən təkliflə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə