Aksiyaların keçirildiyi Tunisdә, zaman zaman toqquşmalar yaranır. SİA-nın xəbərinə görə, müxalifәti dә tәrkib hissәsinә daxil edәn müvvәqəti hökumәtdәn 4 nazir istefaya verib. Halbuki hökumәtin ümumi seçkilәrәdәk, tәqribәn 6-7 ay vәzifәdә olması gözlәnilirdi.
BMT baş kabiti Pan Gi Mun yeni hökumәtә tәcili olaraq nizam-intizamın tәmin edilmәsi vә xalqın ehtiyaclarının ödәnilmәsi üçün çağırış edib. Bu arada Fransada sürgündә yaşayan vә radikal dinçi partiyalarla әlaqәsi olduğu bildirilәn müxalifәt liderlәrindәn Munsif Marzuki Tunisә qayıdıb.
Qeyd edәk ki, Tunisdәki hadisәlәrdә rәsmi rәqәmlәrә görә 78, müstәqil qaynaqlara görә isә 100-dәn çox insan hәlak olub. Maddi zәrәrin isә 2 milyard dollaradək olduğu güman edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB