Bənzər xəyanətlər-bənzər sifətlər

Bənzər xəyanətlər-bənzər sifətlər

Özgənin yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır

Siyasi proseslərdə heç nə təsadüfi olmur. Bu, zaman-zaman deyilmiş və praktiki olaraq, təsdiqini tapmış məsələdir. Bu baxımdan, o da mümkün deyildi ki, siyasi-ictimai proseslərdə iştirakçı olmayan, mübarizə meydanlarında görünməyən ünsürlərin mühacir həyatı sürənlərin Azərbaycan dövlətinə qarşı indiyədək rast gəlinməyən iyrənc formada fəaliyyətə başlasın. Özü də o "fəaliyyətə" ki, burada əsas prioritet Azərbaycanın insanına, dəyərlərinə xas olmayan bir tərzdə söyüş, ağır təhqirlər "mübarizə" metodu seçilir və faktiki olaraq, "mənəvi terror" törədilir. Bu anormal fəaliyyətdə Azərbaycanın düşmənləri - erməni lobbisi ilə eyni "ələ oynamaq" da açıq-aydın şəkildə prioritetlərdən biridir. Bu gün cinayətkar, erməni lobbisinə xidmət edən, damarlarında erməni qanı axan qondarma "hüquq müdafiəçisi" Leyla Yunusun, əxlaqsız Xədicə İsmayılın çağırışına səs verən tərbiyəsiz və mənəviyyatsız Nərmin Şahmarzadə kimi ünsürlərin eyni tərzdə çıxışdarı təəccüb doğurmur. Düz söz deyəndə, başlayırlar ki, "iqtidar tərəfindən öyrədilmişlər" kimi böhtan fikirlər söyləməyə. Ay bədbəxtlər, bugünkü hakimiyyəıtin kimə qulluq etdiyi və gördüyü işlər, nəinki 10 milyonluq xalqın gözü önündədir, eyni zamanda bütün dünya dövlətiləri bu dövlətə, xalqına etdiyi xidmətləri görürü və qiymətləndirir. Sizin kimi parazitlər isə, ancaq bütün mənliyinizi erməninin 5 qəpiyinə belə satanlarsınız. Belə olmasaydı, canını Vətəni, xalqı yolunda qurban verənləri Nərmin kimi mənəviyyatsız, Xədicə kimi əxlaqsız, L.Yunus kimi erməniyə yıxılan cinayətkar, Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli və ... kimi erməni qulbeçələri və cinayətkarları erməni xüsusi xidmət orqanlarının təlimatlarını icra etməzdilər.
Bu gün hər şeyin sonu olduğunu görüb, qaşınmayan yerdən qan çıxarmağın da sonudur və bu günə kimi bayağı aksiyalar vasitəsi ilə heç bir şeyə nail omamısınız. Artıq tamam, süni şəkildə, zorla ictimai rəyə sırımağa çalışmaqla birə - on qat nifrət qazanırsınız.

Xaricdən qrantlara məsləkini, əxlaqını itirən Xədicə, Nərmin və bəlli ətrafı erməni xüsusi xidmətin idarə olunanlarıdır

Bu yerdə mənəviyyatsız N.Şahmarzadənin milli qəhrəmanımız Mübariz İbrahimovu "cinayətkar və qatil" adlandırması nədən qaynaqlanır? Ən böyük faciə bu torpaqda yetişən, milləti azərbaycanlı, əqidəsi mərhəmət olması gərəkən bir qızın vətəninə xəyanətidir! Mübariz sənin kimilər bu gün ağlına gələni danışsın deyə vətən uğrunda şəhid oldu? Haram olsun bu torpağın havası, çörəyi! Belə mənəviyyatsız və əxlaqsızlar qanun qarşısında cavab verməlidir.
Martın 8-dən öncə, Avropa Parlamentində erməni lobbisinin dəstəyi ilə keçirilən bir toplantıda "SDİ"nun direktoru L.Yunus azərbaycanlıları təhqir edən, alçaldan, xalqımız haqqında yalan və böhtanlar səsləndirdirməklə, millətimizi aşağılayan fikirləri ilə, bir daha erməniyə olan sevgiysini nümayiş etdirib. Bu, nə birinci, nə də sonuncu haldır. "Ermənifobiya" adlı toplantıya canlı yayım vasitəsi ilə qatılmaqda məqsədi isə azərbaycanlıları, nəinki ermənilərə, bütövlükdə, xristian aləminə qarşı "düşmənçilik" mövqeyi sərgiləməkdir. Çünki bu, o L.Yunusdur ki, satqın və cinayət dolu həyatını, məhz ermənilərə sərf edib, bu gün də etməkdədir. Bu gün X.İsmayıl özü "ağlında" və "tərbiyəsində" olan rəfiqələri L.Yunusun bu çağırışına cavab olaraq, qanunsuz aksiyalar keçirmələrini araşdırdıqda, yenə də bunu arxasından AXCP sədri Ə.Kərimli çıxır. Çünki istər Avropa ölkələrinə sığınan söyüş və təhqiri, tərbiyəsiz ifadələri "siyasi fəaliyyət növü" sayanlar, istərsə də yerli satqın müxalifət ünsürlərinin xisləti, əməli, əxdaqı və mənəviyyatları Ə.Kərimliyə bənzərdir. Çünki bu parazitlər idarə olunanlardır və idarə olunanlar isə, əsla, idarə edənin məramlarından və niyyətlərindən xəbərdar olmur. Bu kimi Vətən xainlərinin torpağına, elinə-obasına ermənidən betər qənim kəsilən namərdlərin əsl qazancı isə xalqın nifrətidir. Bax, bu marginallar unudurlar ki, anti-Azərbaycan dairələrin qrant paylayan üfunətli ofislərinin mərmər döşəmələri üstündə gəzib özgə yalı ilə yallanmaqla, heç nəyə nail ola bilməyəcklər. Belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə