"Əsas məsələ xalqların sülhə hazırlanması olmalıdır" PAŞİNYAN

"Əsas məsələ xalqların sülhə hazırlanması olmalıdır" PAŞİNYAN

"Qarabağ münaqişəsində əsas məsələ xalqların sülhə hazırlanması olmalıdır". SİA-nın verdiyi məlumata görə, bu barədə baş nazir Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında deyib.

"Qeyd etməliyəm ki, xalqların sülhə hazırlanması danışıqlara cəlb olunmuş hər hansı hökumətin işi ola bilməz. Bu müştərək işdir. Məsələn, Azərbaycan xalqının sülhə hazırlanması tək Azərbaycanın hakimiyyətinin deyil, Ermənistanın da iştirakı ilə olmalıdır. Məhz bunu anladığım üçün 2018-ci ildə parlamentin tribunasından münaqişənin həllinin həm Ermənistan, həm Qarabağ, həm də Azərbaycan xalqları üçün münasib olmasının vacibliyi barədə çıxış etdim. Mən həm Azərbaycan Prezidenti, həm də Azərbaycan xalqı ilə dialoq aparmağa hazıram. Çünki əminəm ki, Azərbaycan xalqı da Ermənistan və Qarabağ xalqı kimi sülhsevərdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə