MTN-in şəxsi heyəti Qanlı 20 Yanvar Faciəsinin 21-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib

MTN-in şəxsi heyəti Qanlı 20 Yanvar Faciəsinin 21-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib

2011-ci il yanvar ayının 19-da Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun rəhbərliyi ilə nazirliyin şəxsi heyəti Qanlı 20 Yanvar Faciəsinin 21-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına ziyarətə gəliblər. Nazirlikdən SİA-ya verilən xəbərə görə, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfilər düzüblər, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Sonra Milli Təhlükəsizlik Nazirliyin şəxsi heyətinin adından "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyulub.

Anım mərəsimində milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyin əməkdaşları vətənimizin azadlığı uğrunda canlarından keçmiş, bu müqəddəs məkanda əbədiyyətə qovuşmuş təhlükəsizlik orqanlarının şəhid olmuş əməkdaşlarının məzarlarını da ziyarət etmiş, onların xatirələrinə hörmət və ehtiramlarını bildirmiş, məzarları üzərinə gül dəstələri düzüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə