Qurban Məmmədov indi də xalqı təhqir edir TƏRS BAXIŞ

Qurban Məmmədov indi də xalqı təhqir edir TƏRS BAXIŞ

Azərbaycanda reallaşdırılan inqilabi islahatlar xainləri qorxuya salıb

Saxta yollarla Avropa və Qərb ölkələrinə səpələnib, “siyasi mühacir” adı altında Azərbaycan əleyhinə fəaliyyət göstərən satqınlar yığnağı ölkəmizdə aparılan inqilabi islahatlardan kəskin qorxuya düşərək, indi də xalqı təhqir etməyə başlayıblar. Xalqın dövlətin apardığı siyasətə dəstəyi və hakimiyyət-xalq birliyinin daha da möhkəmlənməsi həm vətən xainlərinin, həm də onlara dəstək göstərən erməni lobbisinin “kürklərinə birə salıb” və görünən budur ki, öz istəklərinə çata bilməyənlər daxillərindəki kinlərini bu vasitə ilə üzə çıxarmağa cəhd göstərirlər.

Məsələn, Londonda “siyasi mühacirlik” edən Qurban Məmmədovun xalqı təhqir etməsini göstərə bilərik. Belə ki, sosial şəbəkələr vastəsilə uzun müddətdir ki, insanları hakimiyyət əleyhinə kütləvi itaətsizliyə çagırışlar edən Q.Məmmədov, sonda həmin müraciətlərinin nəticəsiz qaldığını gördükdən sonra daha da aqressivləşdirib.

Qurban Məmmədovun zəvzələməsi: “Xalqın 90 faizi heyvan kimi düşünür, hadisələrə heyvan kimi yanaşır...”

İndi isə, onun ləyaqətsizəsinə xalqı necə təhqir etməsinə diqqət yetirək: “Mənim zəvzəmləmələrimin xeyri yoxdursa, daha burada işimi-gücümü atıb danışmagımın nə xeyri var. Neçə müddətdir ki, apardıgım söhbətlərə ciddi reaksiya verən yoxdur. Mən görürəm ki, nə paylaşım var, nə artım var... Xalqın 90 faizi heyvan kimi düşünür, hadisələrə heyvan kimi yanaşır...”

Əslində, özünü “hacı”, yaxud “siyasətçi” hesab edən Q.Məmmədovun milyonlarla insanın haqqına girib, təhqir etməsi özünün nə qədər heyvani hisslərə malik olduğunun aşkar göstəricisidir. Sosial şəbəkədə özünün də dediyi kimi, zəvzəvələmələrini paylaşmayanları, dəstək göstərməyənləri təhqir edən bu heyvan xislətli ünsür yəqin, işlətdiyi ifadələrinin yenidən özünə qayıdacağının fərqinə varmayıb...

Qardaşına belə güzəşt etməyən dəli ünsür

Əbəs deyil ki, Q.Məmmədov hətta qardaşı, ADP-nin sədri Sərdar Cəlaloğlunu belə siyasi baxışları üst-üstə düşmədiyinə görə təhqir edir. “Siyasətdən kənarda o mənim qardaşımdır. Ancaq siyasi və milli maraqlarda güzəşt - mən baxışlarımda səhv də edə bilərəm, ancaq belə düşünürəm - ləyaqətsizlik və münafiqlikdir”, deyən Q.Məmmədovdan zatən başqa münasibəti gözləməyə də dəyməzdi. Çünki onun üçün mənəviyyat, ləyaqət, şərəf kimi məfhumlar tamamilə yaddır!

Qardaşına belə güzəştə getməyəcəyini deyən Q.Məmmədov həqiqətən də kəskin psixoloji xəstəlik yaşadığını, dfəli ünsür olduğunu sübut edir.

Lakin Q.Məmmədov yalnız xalqı təhqir etmir, hədəfdə radikal müxalifət düşərgəsinin təmsilçilərinin də olması kimsəyə sirr deyil. Bu təhqirlər isə qarşılıqlıqlıdır. “Milli Şura”nın sədri Cəmi Həsənlini hədəfə alan Q.Məmmədov AXCP sədri Əli Kərimlini də təhqirlərinin gözünə qatıb onlara qarşı ən ağır söyüşləri söysə də, qarşı tərəf də onu söyür, təhqir edirlər.

Cəmil Həsənli: “Adam yaş fıstıq kösövü kimi hey tüstülənir və bu bədbəxtin tüstüsü dumanlı Albionu da bürüyüb”

Belə ki, Q. Məmmədovun “Milli Şura” rəhbərliyinə qarşı ittihamlarına qurumun sədri C. Həsənli öz facebook səhifəsində ona cavab verib: “Qurban Məmmədov usanmaq bilmir. Britaniya hicrətindən sonra danışdığı yalan və böhtanlara cəmi-cümlətanı bircə həftə cavab vermişik. Lakin 6 aydır adam yaş fıstıq kösövü kimi hey tüstülənir və bu bədbəxtin tüstüsü dumanlı Albionu da bürüyüb. 19 yanvar mitinqindən sonra bu yenidən haray qoparır ki, “Milli Şuranı” ifşa edəcəyəm, bomba partladacağam və sair. Bunun bombaları təcrübəli qaradavoy Kərbəlayi Zalın “dom Feyzullanın” evindən tapdığı qarpızlardan da boş çıxdı. Gerçəkdən adam xəstədir. Dünən dediyi bütün yalan, böhtan və uydurmalardan sonra fatihə surəsini avazla səsləndirməsi adamın insanların dini hissləri ilə oynayan bir din tüccarı olmasından, xalqın xilası missiyanın guya ona verilməsi kimi sərsəmlərindən xəbər verir. Danışığından belə məlum olur ki, bəs ölkənin siyasi mühitində hamı suya düşüb, bir dənə bu sudan quru çıxıb ki, bu missiyanı daşısın”.

Eldəniz Quliyev: “Sadəcə naxoşdur-əskiklik kompleksi ilə yaşayan xəstə təxəyyülü zavallı bir adam”

“Milli Şura”nın digər üzv Eldəniz Quliyev isə sosial şəbəkədə paylaşdığı statusda Q.Məmmədova öz tərzində cavab ünvanlayıb: “Bircə bunu deyə bilərəm ki, Qurban Məmmədov nə artistdir, nə də dəli. Dədə Qorquddan çox Yalıncıq və Məşədi İbaddan çox onun hambalıdır. Əslində isə, sadəcə naxoşdur-əskiklik kompleksi ilə yaşayan xəstə təxəyyülü zavallı bir adam... Allah şəfa versin!”.

Beləliklə, həm xalqı, həm də bir-birlərini təhiqr edən bu ünsürlər həmin davranışları ilə özlərini xalqdan, dövlət maraqlarından nə qədər təcrid oluqlarını sübuta yetirmiş olurlar. Görünür, erməni lobbisinin pulları onlara çox şirin gəlir və bu şirinlik dillərinin altındakı zəhər tuluqlarının həcmini artırır. Belə davam edəcəksə, elə ağızlarındakı zəhər tuluqları partlayıb, belələrinin siyasi ölümlərini gerçəkləşdirmiş olacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə