Ermənilərin günəş təqvimi ilə yeni ilin gəlişi barədə tarixi yaddaşları yoxdur
Ermənilərin işğal altında olan torpaqlarımızda bahar bayramını təşkil etmələri təcavüzkar siyasətin daha bir nümunəsidir
Müsəlman dünyasının böyük həvəslə qarşıladığı Novruz bayramı xalqın tarixi kökünü, adət-ənənələrini özündə yaşadan gündür. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bir çox Şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsüm və mərasim nəğmələri yaratmışdır. Novruz dostluq, qardaşlıq, ruzi-bərəkət bayramıdır. Novruz bayramını ərəb istilasına və islamın yayılmasına qədər Yaxın Şərqdə və Mərkəzi Asiyada yaşayan bütün xalqlar qeyd edirdi. Bu, təbii hadisənin - Günəş təqvimi ilə Yeni ilin gəlişinin qeyd olunmasıdır. Bir çox ölkələrdə Novruz bayramı qeyd olunsa da, bu, ermənilərə şamil oluna bilməz. Çünki Ermənistanın indiki ərazilərində məskunlaşmış və ərazisininharada olması bəlli olmayan hay tayfasının davamçıları Günəş təqvimi ilə yeni ilin gəlişi barədə tarixi yaddaşa malik deyillər. Bu, hay tayfalarının kənarda yaranmalarının və Cənubi Qafqazda daha sonralar peyda olmalarının aşkar sübutudur. Ermənilər özlərini regionda "ən qədim xalq" adlandırsalar da, tarixin dili ilə söyləməyə heç bir əsasları yoxdur. Amma çox təəssüf ki, bu gün Paşinyan Laçında bahar bayramı təşkil edib, hətta "Yallı" da gediblər. Azğın erməni Azərbaycanın Laçın, Qubadlı, Zəngilan rayonları və Cəbrayıl rayonunun bir hissəsində qondarılmış "Kaşataq rayonu"nun icra başçısı, ABŞ vətəndaşı Stepan Sarkisyanın himayədarlığı və onun arvadı Nelli Martirosyanın təşkilatçılığıyla erməni dini və milli bayramı olan Pasxa ərəfəsində "Tonot" erməni milli teatr qrupu "rayon" ərazisində bayram tamaşalarının təşkilinə start verib.
Ermənilərin hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal altında saxlanılır və Azərbaycanın bu ərazilərdə yaşayan 1 milyona yaxın əhalisi məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurası Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, eyni zamanda Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını təsdiq ediblər. Ermənistanın hərbi birləşmələri tərəfindən davam edən işğal səbəbindən, həmin ərazilər müvəqqəti olaraq, Azərbaycan Respublikasının nəzarəti xaricindədir. Belə bir vəziyyətdə bu günlərdə Laçında ermənilər bayram tədbirləri keçiriblər. Nağara vurub, Azərbaycan, türk folklorundan, xalq musiqilərindən oğurladıqları havalar altında rəqs ediblər, cürbəcür tamaşalar nümayiş etdiriblər. Sonda torpaqlarımıza sahiblənmiş işğalçılar, S.Sarkisyan da daxil olmaqla, "Qovdağ" adlandırdıqları rəqsi, əslində, Azərbaycan xalq rəqsi olan "Yallı"nı ifa ediblər. Bu torpaqlarda qanlı əməllər törədən erməni indi bayram təşkil edir. Belə əməllərə sahib olan erməni iyrəncliyinin və rəzalətinin bir nümunəsidir.
Xatırladaq ki, "Yallı" (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib.
YUNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə "Yallı" (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" ilə yanaşı, hazırda kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin, Çovqan - ənənəvi Qarabağ atüstü oyunu isə, UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.
"Yallı" rəqs sənətinin ilkin formasıdır. Rəqs sənətinin çoxəsrlik tarixə malik olması faktı xalq rəqslərimizin əsas qollarından biri sayılan "Yallı"nın yaranması ilə bağlıdır.
Yallılar qədim dövrlərdən bəri Azərbaycan ərazisinin indiki Şərur, Ordubad, Şahbuz, Şəki, Kəlbəcər, Laçın, Qazax və Qərbi Azərbaycan ərazisi olan İrəvan bölgəsində çox geniş yayılıb. Qeyd edək ki, yallı rəqsinin Qobustandakı qayaüstü təsvirlərin yaranma tarixi üst Paleolit dövrünün orta Daş (Mezolit) dövrünə aid olunur. Buradakı qayaüstü təsvirlər ilk dəfə 1939-cu ildə aşkar edilib.
Tarixi sənədlər ermənilərin mənəvi dəyərlərimizə və adət-ənənələrimizə təcavüzünü də aşkar edir. Ermənilərin tarixdə nə milli kimliyini təsdiq edən ərazisi, abidəsi, nə də mədəniyyət nümunələri və adət-ənənələri var. Dəfələrlə beynəlxalq miqyasda keçirilən sərgilərdə öz adlarına hansısa bir mədəniyyət nümunəsini çıxmağa çalışsalar da, gülünc vəziyyətə düşüblər. Bu gün Azərbaycan işğal altında olan dünya tarixində, çapında öz imzası olan Azərbaycanın dəyərlərinə sahib ola bilməyərək, torpaqlarımızda hay-küy qoparıb, Novruz ərəfəsində bayram təşkil etsələr də, haylar bir həqiqəti unutmamalıdırlar: qaraçı tayfasının milli bayramı yoxdur və olmayacaq da. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib. Belə bir tarixi faktla təsdiqini tapan xalqın yaddaşına çevrilən ənənələri, irsi erməni necə və hansı haqla öz adına çıxa bilər? Nə qədər Novruz bayramını qeyd etməyə, rəqslərimizi, musiqimizi ifa etməyə çalışsalar da, erməninin kimliyi tarix qarşısında məlumdur: yeri, yurdu, dili, dini olmayan erməni.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB