Ədliyyə Akademiyasında jurnalistlər üçün seminar keçirilib SEMİNAR-FOTOLAR

Ədliyyə Akademiyasında jurnalistlər üçün seminar keçirilib SEMİNAR-FOTOLAR

Əhalinin hüquqi maarifləndirilməsi, ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq həyata keçirilən islahatlar və yeniliklər geniş işıqlandırılır, nazirliyin fəaliyyət istiqamətləri, vəzifələri barədə kütləvi informasiya vasitələrinin iştirakı ilə brifinqlər, seminar-müşavirələr, digər maarifləndirici tədbirlər təşkil olunur.

SİA-nın verdiyi məlumata görə, bu gün Ədliyyə Akademiyasında Mətbuat Şurası ilə birgə “Probasiya xidmətinin yaradılması, qarşıda duran vəzifələr” mövzusunda seminar keçirilib. Seminarda nazirliyin və Mətbuat Şurasının məsul şəxsləri, vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər, ASAN könüllüləri, SABAH qrupları və hüquq fakültəsinin tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xəlilov Ədliyyə Nazirliyinin fəaliyyətinin hər zaman şəffaflıq və aşkarlıq prinsipləri əsasında qurulduğunu, ictimai iştirakçılığa, kütləvi informasiya vasitələri ilə qarşılıqlı fəaliyyətə böyük önəm verdiyini vurğulayıb, onların nazirliyin maarifləndirmə işlərində fəal iştirakının əhəmiyyətini qeyd edib, seminar tədbirin məqsədlərindən danışıb.

Tədbirin açılışında nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova və Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev çıxış edərək Ədliyyə Nazirliyi ilə media orqanları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ədliyyə fəaliyyəti barədə əhalinin mütəmadi və daha geniş şəkildə məlumatlandırılmasının vacibliyini vurğulayıblar.

Sonra isə Probasiya xidmətinin rəis müavini Musa Hümbətov çıxış edərək cəza siyasətinin humanistləşdirilməsinə dair Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılan nazirliyin Probasiya xidmətinin fəaliyyəti barədə məlumat verib. O, bildirib ki, qısa müddətdə bu sahədə xeyli işlər görülüb. Bu sahədə işin müasir tələblər səviyyəsində təşkili ilə bağlı azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqini vuruğulayıb.

Eyni zamanda tədbirdə Probasiya xidmətinin Elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyəti ilə bağlı video-çarx nümayiş olunub. KİV nümayəndələri elektron nəzarət vasitələrinin imkanları və tətbiqi xüsusiyyətləri ilə tanış olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə